• 09.12.2025 15:24

Yeni il bayramında qar yağacaq? – AÇIQLAMA

Yeni il bayramında qar yağacaq? – AÇIQLAMA

Yeni ilə sayılı günlər qalmışkən, paytaxt sakinlərini ən çox maraqlandıran suallardan biri Bakıya qarın yağıb-yağmayacağıdır. Xüsusilə 2015-2016-cı illərin məşhur qarlı günlərini xatırlayanlar bu dəfə də eyni ab-havanın olacağına ümid edirlər.

Bəs qarşıdan gələn bayram günlərində ölkə ərazisində hava necə olacaq? Paytaxt və regionlarda qar ehtimalı varmı?

 Proses.az xəbər verir ki, sfera.az-a açıqlamasında ekoloq Qorxmaz İbrahimli bildirib ki, bizim yerləşdiyimiz subtropik-mülayim qurşağına nəzər yetirsək, bu qurşaq əsasən isti olan ərazidir. Onun sözlərinə görə, biz çox zaman qışı Bakıda görmək istəyirik, amma Bakı yarım-səhra şəhəridir:

“Yəni, bu ərazi dənizin sahilində yerləşdiyinə görə, yarım səhra ərazi olduğuna görə, burda qar çox yağmır. Qışda, xüsusən dekabr ayının sonları və yanvarın əvvəllərində, bəzən də fevral ayında təsadüfən qar yağması müşahidə olunur. Qar yağması yeni il üçün olmur. Dünyanın bir çox ölkələri yeni ili qarsız qarşılayırlar. Şaxta baba personajı isə Şimal yarımkürəsinə məxsusdur. Santa Klaus Amerikada yaranan personajdır. Şaxta baba da onun alternativi olaraq, Rusiyada, Sovet dövlətində yaranmış personajdır. Yəni, daha çox qarın yağdığı ərazilərdə olur. Bizdə yeni ildə qar olmaya da bilər. Çünki, biz suptropik-mulayim iqlim qurşağında yerləşirik. Yəni, yeni illə bağlı ehtimal etmək də düzgün olmaz”.

Ekoloq qeyd edib ki, ən sərt və şaxtalı qışlardan biri 2012-ci ildə olub:

“Hətta, Xəzər dənizinin bir hissəsi donmuşdu. 1989-cu ildən 1990-na keçən il də bir qədər soyuq keçmişdi. Çox şaxtalı qış müşahidə olundu. Güclü qar yağmışdı. Ayrı-ayrı illərdə belə hallar olur. Mülayim qurşaqda yalnız yüksək dağlıq ərazilərdə qar görürük. Türkiyə və Yunanıstanla eyni qurşaqda yerləşirik və onlar da qar görmür. Yalnız yüksək dağlıq ərazilərdə qar müşahidə olunur. Dekabrın sonu, yanvarın əvvəllərində qar yağması arktik və Sibir hava kütlələrinin Azərbaycan ərazisinə, Cənubi Qafqaza daxil olması səbəbindən olur. Uzun illərin hesablamasına görə, aparılan müşahidələrə görə bilinir ki, ölkəyə arktik, soyuq hava kütlələri daxil olacaq və qar yağacaq. Ona görə də tarixlər bəzən dəyişir. Yəni, iqlim dəyişikliyini günahlandırmaq olmaz”.

Müsahibimiz vurğulayıb ki, Bakıda qar yağma ehtimalı var, amma güclü olmayacaq:

“Güclü qar yarım metrdən yuxarı olan, aylarla həftələrlə yerin don qalmasına səbəb olan, qarın yer səthindən getməməsinə səbəb olan qardır. Bu da Bakıda demək olar ki, olmayan şeydir. Uzaqbaşı 2012-ci ildəki kimi 1 həftəyə yaxın mənfi temperatur müşahidə oluna bilər. Digər qar yağıntılarını 1-2 gün görürük. Sonra əriyib gedir. Bu il də qar yağma ehtimalı var. Hazırda Naxçıvan və dağlıq ərazilərdə qar yağması müşahidə olunur. Yüksək dağlıq ərazilərimizə, dağətəyi rayonlarımıza qar yağacaq. Yeni ildə bunun şahidi ola bilərik. Bu, daxil olan soyuq hava kütlələrinə bağlıdır”.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…