- 12.12.2025 14:53
“Qarabağ” sığınacaqdakı o uşaqla görüşəcək – VİDEO
“Qarabağ” Futbol Klubu Qadın və Uşaq Sığınacağında “Qarabağ” – “Ayaks” (2:4) oyununu təkbaşına izləyən azyaşlı Əkbərlə görüş təşkil edəcək.
Sığınacaq rəhbərliyi bu barədə sosial şəbəkədə paylaşım edib.
Paylaşımda qeyd olunub: “Çox sevinirik… Əkbər balamız “Qarabağ” FK ilə görüşəcək.” Klub nümayəndələrinin sığınacağa zəng edərək yaxın günlərdə onunla görüşəcəklərini bildirdiyi vurğulanıb.
Bundan əlavə, izləyicilər balaca Əkbərə öz sevimli komandasının formasını hədiyyə ediblər./Milli.az/