• 17.12.2025 13:12

Xüsusi ayaqqabıları hazırlayan pinəçi də istintaqa dəvət olunub – DİM detalları açıqladı

Xüsusi ayaqqabıları hazırlayan pinəçi də istintaqa dəvət olunub – DİM detalları açıqladı

“Bu il keçirilən buraxılış və yaz qəbul imtahanlarında imtahan nəticələrinin emalı ilə bağlı xüsusi yoxlama alqoritmlərinə əsasən bəzi abituriyentlərin cavabları şübhə yaratdığı üçün Dövlət İmtahan Mərkəzi tərəfindən xüsusi araşdırma aparılıb”.

Proses.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, imtahan nəticələri elan olunanda həmin imtahan iştirakçılarının cavabları açıqlanmayıb və onların səhifələrində “Sizin imtahan nəticələriniz araşdırılır” bildirişi göstərilib. Bundan sonra növbəti imtahanlarda imtahan binasının girişində buraxılış rejimini həyata keçirən şəxslərə müəyyən məsələlərə ayrıca fikir verilməsi üçün göstəriş verilib. Nəticədə Gəncə şəhərində keçirilən növbəti qəbul imtahanında bəzi abituriyentlərin üzərində gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və istifadəsi müvafiq orqanlar tərəfindən xüsusi icazə əsasında yol verilə bilən texniki vasitələr aşkarlanıb.

“17 iyun 2025-ci ildə xüsusi yoxlama alqoritmlərinə əsasən nəticələri şübhə doğuran abituriyentlərin, həmçinin üzərlərində texniki vasitələr aşkarlanan abituriyentlərin siyahısı araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub. Bu qayda pozuntuları ilə bağlı 30 iyulda kütləvi informasiya vasitələri üçün müvafiq açıqlama da verilmişdi.

Bu işin təşkilatçıları və onların qurduqları şəbəkə ibtidai istintaqın gedişində ifşa olunub. Hələ noyabrın 6-da buraxılış və qəbul imtahanlarında qanunsuz texniki vasitələr hazırlayan və istifadə məqsədilə satan təqsirləndirilən bir qrup şəxs barəsində cinayət işinin məhkəməyə göndərilməsi haqqında Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən müvafiq məlumat mediaya təqdim olunmuşdu və oxşar xarakterli cinayət əməllərinin törədilməsində iştirak etmiş digər şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlərin davam etdirilməsi qeyd edilmişdi.

Qayda pozuntuları yalnız ayrı-ayrı şəxslərin deyil, bütövlükdə imtahan sisteminin etibarlılığına və minlərlə abituriyentin ədalətli rəqabət hüququna zərər vurur. Bu baxımdan Dövlət İmtahan Mərkəzi həmin cinayət işində zərərçəkmiş tərəf kimi çıxış edir”, – DİM-in məlumatında qeyd olunub.

Bildirilib ki, həmin cinayət işi üzrə təqsirləndirilən şəxslər -Babayev İslam Elşan oğlu, Məmmədov Ayxan İlham oğlu və Məmmədov Murad Mahir oğlunun törətdikləri cinayət əməlləri iş üzrə aparılmış istintaq zamanı toplanmış dəlillər, o cümlədən özlərinin etirafedici ifadələri ilə yanaşı şahid ifadələri, ekspert rəyi və digər istintaq sənədləri ilə tam sübuta yetirilib:

“Cinayət işinin materiallarından müəyyən olunur ki, bu iş üzrə kömək edilməsi nəzərdə tutulan abituriyent sayı 11 nəfərdir. Həmin abituriyentlər də şahid qismində ifadə vermiş və öz əməllərini ifadələrində etiraf ediblər. Cinayət işi araşdırılarkən texniki cihazları yerləşdirmək üçün xüsusi ayaqqabıları hazırlayan pinəçi də istintaqa dəvət olunub və şahid qismində ifadə verib.

İstintaqın gedişi zamanı 29 oktyabrda DİM zərərçəkmiş şəxs kimi tanınıb və istintaq məlumatları təqdim edilib.

İttiham aktı ilə tanış olan zaman hazırda təqsirləndirilən şəxslər Abbasov Gündüz Yaşar oğlu və Əsədov Kamran Alim oğlunun da əməlləri üzə çıxıb. Artıq məlum olduğu kimi, ittiham aktına əsasən Gündüz Abbasov və Kamran Əsədov qadağan olunmuş texniki cihazlar vasitəsilə Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək imtahanlardan asanlıqla keçmələrinə kömək göstərilməsi üçün onlara müraciət etmiş müxtəlif şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti alıb aralarında bölüblər. Onlar müxtəlif yerlərdə abituriyentlərlə görüşərək texniki cihazlardan istifadə olunma qaydasını izah ediblər. Qeyd edək ki, bu cihazların yerləşdirilməsi üçün altı qalın idman tipli ayaqqabılardan istifadə olunub. Onların alt hissəsi xüsusi alətlə kəsilərək genişləndirilib. Beləliklə kənardan baxılanda ayaqqabının altlığında kənar əşyaların olmasını girişdə müəyyən etmək mümkün olmayıb. Həmin abituriyentlər daha sonra sanitar qovşağa gediblər (qaydalara əsasən imtahan başlayana qədər iştirakçıların təbii ehtiyaclarını ödəməsinə imkan yaradılır). Orada onlar qulaqlığı xüsusi çubuq vasitəsilə qulaqlarına, kameranı köynəyin düymə hissəsinə, ötürücü cihazı xüsusi yapışqan vasitəsilə çiyinlərinə, internet paylacı cihazı isə ayaqqabının daban hissəsinə yerləşdiriblər. Daha sonra sinif otağına qayıdıblar və imtahan başlayandan sonra üzərlərində olan kameranı kitabçaya tutmaqla görüntünü qarşı tərəfə ötürüblər. Qarşı tərəf isə öz telefonunda olan xüsusi proqram vasitəsilə görüntüləri canlı şəkildə əldə edib. Cavablar isə üzərində “vip smart” sözləri yazılmış nazik plastik karta oxşayan və üzərində hər hansı düymə və s. olmayan telefona zəng etməklə bildirilib. Belə ki, kartın üzərində olan nömrəyə zəng gəldikdə avtomatik telefon açılır və zəng edən şəxsin səsi eşidilir.

Toplanmış sübutlara əsasən, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilməklə Gündüz Abbasov barəsində məhkəmənin qərarı ilə həbs, Kamran Əsədov barəsində isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib. Dekabrın 12-də Gəncə Şəhər Məhkəməsində təqsirləndirilən şəxslərlə bağlı məhkəmənin hazırlıq iclası keçirilib və onların anket məlumatları dəqiqləşdirilib, hüquqi öhdəlikləri izah edilib, həmçinin ittiham aktı ilə tanış olub-olmadıqlarını soruşub. Kamran Əsədov hakimə jurnalistlərin onun haqqında yaya biləcək informasiyanı əsas gətirərək prosesin qapalı keçirilməsi ilə bağlı vəsatət versə də, hakim bunun üçün heç bir əsasın olmadığını qeyd edib və jurnalistlərin prosesdə iştirakı təmin edilib. Məhkəmənin baxış iclası isə 19 dekabr saat 15:00-a təyin olunub.

Mərkəzin fəaliyyəti bötövlükdə imtahan prosesinin etibarlılığının və ictimai etimadın qorunmasına yönəlib”.

“Araşdırmalar davam edir. Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 6.4.2-ci yarımbəndinə əsasən imtahana mobil telefon və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və ya onlardan istifadə etmək qadağandır. Abituriyentin bu Qaydaların 6.4-cü bəndində göstərilən hərəkətlərə yol verməsi halları Mərkəz tərəfindən aşkar edildikdə, onun müsabiqə (imtahan) nəticələri ləğv edilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi, qayda pozuntularının qəbul kampaniyasının hansı mərhələsində aşkar edilməsindən asılı olmayaraq, onlar iştirakçıların müsabiqə (imtahan) nəticələrinin ləğv edilməsi üçün əsas yaradır”, – məlumatda qeyd olunub.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…