- 22.12.2025 21:41
Masazırda qızı zorla maşına mindirib qaçırdılar – VİDEO
Bu gün saat 17:30-da Masazır qəsəbəsi ərazisində gənc qız qaçırılıb.
Proses.az xəbər verir ki, bu barədə hadisə şahidləri “BAKU.WS”in “qaynar xətti”nə məlumat veriblər.
Bildirilir ki, “Qurtuluş 93” ünvanında naməlum şəxslər “Mercedes” markalı avtomobillə gələrək orada yaşayan gənc qızı zorla qaçırıblar.
Qız köməyə adam çağırsa da, faydası olmayıb.
Hadisə ilə əlaqədar DİN-in Mətbuat Xidmətindən bildirilib ki, araşdırma aparılır. Nəticəsi ilə bağlı məlumat veriləcəkdir.