• 25.12.2025 15:24

Prezidentin təltif etdiyi idmançılar kimlərdir? – FOTO

Prezidentin təltif etdiyi idmançılar kimlərdir? – FOTO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə bir qrup idmançı və idman mütəxəssisləri təltif edilib.

Milli.Az xəbər verir ki, sənədə əsasən, Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:

Abdullayev Yaqub Bəkir oğlu (21.04.1967) – 27 dekabr 2010‑cu ildə Azərbaycan Respublikasının “Əməkdar məşqçi” fəxri adına layiq görülüb. Beynəlxalq dərəcəli hakimdir. Azərbaycan Respublikasının “Fəxri diplom” mükafatçısıdır. Hal‑hazırda Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasında “güləş növləri” bölməsində sambo üzrə məşqçi‑müəllim vəzifəsində çalışır.

Cahangir Ağarəhimov (15 dekabr 1986) – Azərbaycanın şahmat üzrə qrosmeysteridir.

Elmira Aslanova (3 iyun 1982) – azərbaycanlı alpinist, Everest zirvəsinə qalxan ilk azərbaycanlı qadındır. Həmçinin Kilimancaro, Ojos-del-Salado və Akonkaqua zirvələrinə Azərbaycan bayrağını sancan ilk qadındır.

Cahangir Bayramov (20.02.1967) – Əməkdar idman ustası, karate üzrə dünya çempionatının çoxqat mükafatçısı, Dünya Kubokunun üçqat sahibi, ikiqat Avropa çempionu, para-taekvondo üzrə dünya çempionu, dünya və Avropa çempionatlarının çoxqat mükafatçısı, polis polkovnik-leytenantıdır.

Fikrət Akif oğlu Hüseynov (11 noyabr 1969) – 1986-1991-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “Bədən tərbiyəsi və idman” fakültəsinin “Futbol üzrə məşqçi-müəllim” ixtisası üzrə təhsil alıb.  2021-ci ildən bu günədək “Silk Way Group” Müşahidə Şurası sədrinin idman məsələləri üzrə müşaviri; 8 aprel 2024-cü il tarixindən bu günədək Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində olan “Heydər Əliyev adına İdman-Konsert Kompleksi” MMC-də direktordur. 2 may 2025-ci ildə Azərbaycan Velosiped İdmanı Federasiyasının icraçı vitse-prezidenti seçilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyul 2019-cu il tarixli 1344 nömrəli Sərəncamı ilə “Dövlət Qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, İdman Ustasıdır.

Azər Məhərrəmov – Azərbaycanlı idmançı, armrestlinq üzrə usta idmançıdır. Azərbaycan Respublikasının Milli Qəhrəmanı Asif Məhərrəmovun oğludur.

Eduard Məmmədov (2 yanvar 1978) – “Ağ Canavar” ləqəbli azərbaycanlı peşəkar kikboksçu, 30 qat dünya çempionu, 11 qat Avropa çempionu, 11 qat Dünya Kubokunun sahibi, WAKO versiyası üzrə 10 qat dünya çempionu, 15 qat Azərbaycan çempionu, Əməkdar idman ustası, Əməkdar məşqçi, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti, polis polkovnik-leytenantıdır.

Vəfa Musayeva (25 mart 1981) – azərbaycanlı alpinist, təlimçidir. Everest zirvəsinə qalxan ilk azərbaycanlı qadın, eyni ekspedisiyada həm Everest, həm də Lhotse zirvələrinə qalxan ilk azərbaycanlı alpinistdir.

Nurəddin Rəcəbov – Yunan-Roma güləşi üzrə U-20 milli komandanın böyük məşqçisidir.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…