- 29.12.2025 21:44
Buzlu yol zəncirvari qəzaya səbəb oldu – VİDEO
Bu gün günorta saatlarında Bakı-Ələt-Qazax magistral yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində hava şəraitinin pisləşməsi səbəbindən zəncirvari yol qəzası baş verib.
Proses.az qafqazinfo-ya istinadən xəbər verir ki, qarlı hava və yolun buz bağlaması nəticəsində 5 nəqliyyat vasitəsi toqquşub.
Güclü zərbənin təsirindən avtomobillərdən ikisi yoldan çıxaraq dərəyə aşıb.