• 30.12.2025 11:30

Məktəblilər arasında pnevmoniya sürətlə yayılır – XƏBƏRDARLIQ

Məktəblilər arasında pnevmoniya sürətlə yayılır – XƏBƏRDARLIQ

Pnevmoniyaya yoluxma dinamikasında ciddi artım müşahidə olunur. Xəstəliyə, əsasən, məktəb və daha kiçik yaşlarında uşaqlar yoluxurlar.

Adi qrip kimi başlayan simptomlar cəmi bir neçə gün ərzində ağır pnevmoniyaya çevrilə bilər.

Proses.az xəbər verir ki, həkim-infeksionist Əminə İsmixanova Modern.az-a açıqlamasında bildirib ki, pnevmoniya ağciyər toxumasının iltihabi xəstəliyidir. Yüngül, orta və ağır formada keçə bilər və bütün yaş qruplarında rast gəlinir:

“Son zamanlar uşaqlarda daha çox rast gəlindiyi üçün bu haqda daha geniş danışmaq istərdim. Ən riskli yaş qrupları 0-2 yaş (xüsusilə 6 ayadək körpələr), 2-5 yaş və məktəbəqədər dövrlərdir. Lakin biz daha çox pnevmoniya məktəb yaşlı uşaqlarda müşahidə edirik. Buna səbəb kollektiv faktorudur. Uşaqlar sinifdə sıx təmasda olurlar, qapalı məkanda uzun müddət qalırlar və asanlıqla virus, bakteriyalara yoluxurlar. Bu da pnevmoniyanın yayılmasını artırır. Pnevmoniyanın mənşəyi bakterial, viral, atipik və aspirasiondur.

Məktəb yaşlı uşaqlarda məhz atipik daha çox müşahidə olunur. (Mycoplasma pneumoniae,Chlamydia pneumoniae) Bu tip pnevmoniyalar yavaş başlanır. Uzun sürən quru öskürəklə davam edir. Çox vaxt “adi soyuqdəymə” kimi qiymətləndirilir. Nəticədə gec diaqnoz qoyulur və pnevmoniya artıq formalaşmış olur.

Uşaqlarda pnevmoniyanın əsas əlamətləri hərarət (bəzən çox yüksək), sürətli və çətin nəfəsalma, bəzən kürək və sinədə ağrı, davamlı öskürək. halsızlıq, iştahasızlıqdır. Körpələrdə əmmənin azalması, inildəmə müşahidə edilir. Müalicəsi isə səbəbə yönəlik aparılır. Burada əsas onu bilmək lazımdır ki, pnevmoniyaya səbəb tək bakteriyalar deyil, ona görə də antibiotik istifadəsi bu hallarda effekt verməyə bilər”.

Həkimin sözlərinə görə, əgər hərarət 5 gündən çox davam edirsə, öskürək davamlı müşahidə olunursa, nəfəs darlığı yaranarsa mütləq xəstə müayinə olunmalıdır.

“Pnevmoniyadan qorunmaq üçün profilaktik tədbir kimi peyvəndlər (pnevmakok, Hib, qrip və s.) mütləqdir. Uşaqların siqaret tüstüsündən qorunması, qapalı məkanların tez-tez havalandırılması, körpələrin ana südü ilə qidalanması mühümdür.

Uşaqlarda pnevmoniya erkən aşkarlanarsa, tam sağalan xəstəlikdir. Lakin gecikmiş hallarda ağırlaşmalar və hətta həyati risk yarada bilər. Valideynlər uzun sürən öskürək və nəfəs darlığını ciddiyə almalı və özbaşına heç bir dərmandan istifadə etməməlidirlər”.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…