- 31.12.2025 15:31
Qar yağacaq, yollar buz bağlayacaq – Xəbərdarlıq
Azərbaycanın rayonlarında yanvarın 1-i gündüz dağlıq ərazilərdən başlayaraq 3-dək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimal olunur.
Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.