- 05.01.2026 13:43
“Baku City Kartinq”də avtomobillər toqquşdu – 18 yaşlı oğlan öldü
Yanvarın 1-i saat 18 radələrində “Baku City Karting” əyləncə mərkəzində faciəvi hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, Əhəd Yaqubov küçəsi 15-də yerləşən mərkəzdə paytaxt sakinləri – 2008-ci il təvəllüdlü Kamal Anar oğlu Səfərlinin və 2009-cu il təvəllüdlü Fatimə Bəhlulzadənin idarə etdiyi kartinq maşınları toqquşub.
K.Səfərli aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, hadisə barədə ilk məlumatı Bakupost.az yayıb.