- 05.01.2026 13:47
“Səndə bu qədər pul var deyə kökəlirsən” – Məşqçilər arasında maraqlı dialoq
Bu gün Türkiyə Superkubokunun yarımfinalında baş tutacaq “Qalatasaray” – “Trabzonspor” oyunundan öncə keçirilən mətbuat konfransında baş məşqçilər arasında maraqlı dialoq yaşanıb.
Trabzon təmsilçisinin çalışdırıcısı Fatih Tekke məşqçiliyin çətinliyindən danışaraq çəkisinin azaldığını deyib: “Məşqçilik işi çox çətindir. Mən burada çalışmağa başladıqdan sonra 10 kilo çəki atmışam”.
“Qalatasaray”ın baş məşqçisi Okan Buruk isə ona cavab olaraq kökəldiyini bildirib.
Tekke Buruka “sənin pulun çoxdur, komandanda yüksəksəviyyəli oyunçular var və ona görə çəkin artır” cavabını verib.
Onların bu dialoqu maraqla qarşılanıb.