• 09.01.2026 16:58

Diplomların verilmə forması dəyişdi – Elektron olacaq

Diplomların verilmə forması dəyişdi – Elektron olacaq

“Azərbaycanda bütün təhsil sənədləri (diplomlar, attestatlar və s.) yalnız rəqəmsal formada veriləcək. Bununla bağlı ötən gün hökumətin qərarı qəbul olunub. Belə bir qərarın qəbulu Prezidentin 2020-ci ildə “Təhsil haqqında” qanuna dəyişikliyin təsdiqi haqqında fərmanında nəzərdə tutulmuşdu. Uzun müddətdir ki, bu sənədin qəbulu ləngiyirdi”.

Proses.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

Onun sözlərinə görə, bu yanaşma dünyada çox az sayda ölkənin tətbiq etdiyi, bir çox inkişaf etmiş dövlətlərin isə hələ də keçmədiyi qabaqcıl və cəsarətli modeldir.

Qeyd edib ki, əksər ölkələrdə bu gün də əsas sənəd kağız diplom hesab olunur, rəqəmsal versiya isə sadəcə qeydiyyat və arxiv funksiyası daşıyır. Azərbaycan isə bununla da birbaşa rəqəmsal sənədə hüquqi qüvvə verərək, kağız daşıyıcını tam olaraq dövriyyədən çıxaran ilk ölkələr sırasına daxil olur.

O.Gündüz nəzərə çatdırıb ki, yeni qaydalara əsasən, təhsil sənədləri təhsil müəssisələri tərəfindən məzunların datasının ETN-in TMİS informasiya istemlərinə daxil edilməsi əsasında TMİS üzərindən elektron formada yaradılacaq. Məzunların diplom və attestatlarındakı məlumatlar isə həm də myGov şəxsi kabinetində yerləşdiriləcək və hüquqi qüvvəyə malik olacaq. Sənədlərin həqiqiliyi onlayn yoxlama və QR-kod mexanizmləri ilə təsdiqlənəcək.

“Xüsusilə vacib məqam ondan ibarətdir ki, bu modeldə universitetlərin və təhsil müəssisələrinin rolu əhəmiyyətli dərəcədə artırılır. Artıq ali məktəblər diplom blankı dalınca düşməyəcək, mərkəzləşdirilmiş kağız asılılığından çıxacaq, məzun məlumatlarını birbaşa dövlət sisteminə daxil edəcək. Diplomların maksimum 10 iş günü ərzində hazırlanması təmin ediləcək. Yəni artıq universiteti bitirən məzunlar elə məzun günündə də diplomlarını ala biləcəklər. Bu isə diplomların zamanında verilməsilə bağlı universitetlərin məsuliyyətini artırmaqla yanaşı, təhsil müəssisələrinin institusional rolunu gücləndirir”.

Vurğulayıb ki, digər mühüm nəticə isə saxta diplomlarla mübarizənin daha effektiv mərhələyə keçməsidir. Elektron sənədin mərkəzləşdirilmiş reyestrdə yaradılması, onlayn yoxlanması saxta diplom dövriyyəsini minimuma endirir:

“Arxa tarixlə sənəd tərtibini mümkünsüz edir. İşəgötürən və qurumlar üçün ani yoxlama imkanı yaradır. Əlbəttə, ilk dövrlərdə bu prosesdə müəyyən çatışmazlıqlar, risklər ola bilər. Ümid edirəm ETN tam rəqəmsal sənədlərə keçidlə bağlı bütün təhsil müəssisələrinin hazırılığını gücləndirəcək”.

XİN-lə birgə rəqəmsal diplomların xaricdə tanınması üçün Apostil mexanizmlərini hazırlayacağını deyən Osman Gündüz hesab edir ki, Azərbaycanın qəbul etdiyi model təhsildə şəffaflığı və etimadı gücləndirəcək, vətəndaş məmnunluğunu xeyli artıracaq:

“Diplomun , attestatın notarial tesdiq tələbləri də arxivə qovuşacaq. Artıq heç bir universitet qəbul olunanlardan attestat tələb edə bilməyəcək. Rəqəmsal hökumət quruculuğunda nümunəvi bir təcrübə olan bu model sadəcə texnoloji dəyişiklik deyil, təhsil sənədlərinə yanaşmanın köklü şəkildə dəyişməsidir. Hökumətin, ETN-in təhsil sisteminin rəqəmsal transformasiyası istiqamətində atdığı bu cəsarətli və innovativ yanaşma çox təqdirəlayiq bir addımdır”.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…