- 10.01.2026 12:13
Ağır qəza: ölən var
Tərtərdə ötən gecə ölümlə nəticələnən qəza baş verib.
Proses.az “Teleqraf”a istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Hərəkətdə olan VAZ-2107 markalı avtomobil qarşıdan gələn traktora çırpılıb. Qəza zamanı bir nəfər həlak olub.
Faktla bağlı araşdırma aparılır.