- 14.01.2026 13:53
Türkiyəyə müalicəyə aparılan gənc vəfat etdi – Foto
Bir neçə ay əvvəl Gürcüstanda yol qəzasında ağır xəsarətlər alan azərbaycanlı gənc vəfat edib.
Marneuli bələdiyyəsinin Əzizkənd sakini, 23 yaşlı Nicat Culfayev Türkiyədə dünyasını dəyişib.
Belə ki, müalicə üçün qonşu ölkəyə aparılan Nicatın həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, ağır qəza ötən ilin sentyabrında baş verib.
