- 15.01.2026 09:46
25 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda daha bir nəfər dəm qazından boğulub.
Hadisə Yasamal rayonu Süleyman Tağızadə küçəsində baş verib.
2001-ci il təvəllüdlü Rüstəm Şabanli oğlu İsmayılov yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.