• 15.01.2026 12:31

Bu nazirlər Kəmaləddin Heydərova çatdı – Ən çox müavini olanlar kimlərdir?

Bu nazirlər Kəmaləddin Heydərova çatdı – Ən çox müavini olanlar kimlərdir?

Məlum olduğu kimi, ötən gün iqtisadiyyat naziri Mikayıl Cabbarova yeni müavin təyin edilib.

Sərəncamla bu vəzifəyə xarici işlər naziri Ceyhun Bayramovun qardaşı Azər Bayramov gətirilib. O bu təyinatadək maliyyə naziri Sahil Babayevin müavini vəzifəsini tuturdu.

Bu təyinatla Mikayıl Cabbarovun müavinlərinin sayı 6-ya çatıb. Belə ki, A.Bayramovdan başqa, M.Cabbarovun 5 müavini var. Onlar Elnur Əliyev (I müavin), Sahib Ələkbərov, Rövnəq Abdullayev (SOCAR-ın sabiq prezidenti), Səməd Bəşirli və Anar Axundovdur.

Bununla Mikayıl Cabbarov həm də ölkədə ən çox müavini olan 3 nazirdən biri olub. Belə ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov və xarici işlər naziri Ceyhun Bayramovun da hər birinin 6 müavini var. Bir neçə ay əvvələdək K.Heydərov 7 müavinlə ən çox müavini olan nazirlər siyahısına başçılıq etsə də, Teymur Mehdiyevin (Ramiz Mehdiyevin oğlu) vəzifədən azad edilməsindən sonra bu statusunu itirib.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavinləri – Rəfael Mirzəyev (I müavin), Faiq Tağızadə, Etibar Mirzəyev, Orucəli Hacıyev, Tapdıq Əmiraslanov (Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun oğlu), Adil Abdullayevdir.

Xarici işlər naziri Ceyhun Bayramovun müavinləri – Mahmud Məmməd-Quliyev, Araz Əzimov, Fariz Rzayev, Elnur Məmmədov, Samir Şərifov, Yalçın Rəfiyevdir.

Daxili işlər naziri Vilayət Eyvazov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və ədliyyə naziri Fərid Əhmədov isə 5 müavini olan nazirlərdir.

Seyfulla Əzimov daxili işlər naziri Vilayət Eyvazovun I müavini, Oqtay Kərimov, İsmət Əliyev, Şahin Məmmədov, Fazil Quliyev isə müavinləridir.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin müavinləri – Saməddin Əsədov (“Azərkosmos” ASC-nin İdarə Heyətinin keçmiş sədri), Rəhman Hümbətov, Samir Məmmədov, Cavid Qurbanov (“Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq sədri) və Elmin Məmmədovdur.

Abiddin Hüseynov, Toğrul Hüseynov, Mübariz Əhmədov, Eldar Nuriyev, Mirsaleh Seyidov ədliyyə naziri Fərid Əhmədova müavin təyin ediliblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi, Müdafiə, Ekologiya və Təbii Sərvətlər, Energetika, Elm və Təhsil nazirliklərində isə müavin sayı 4-dür.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin müavinləri – Vüsal Nəsirli, Hidayət Abdullayev, Anar Bayramov, Rəşad Mustafayevdir. Onlardan son ikisi bir neçə ay əvvəl nazir müavini təyin edilib.

Müdafiə naziri Zakir Həsənovun müavinləri – Kərim Vəliyev (I müavin), Hikmət Mirzəyev, Namiq İslamzadə, Aqil Qurbanovdur.

Ekologiya və təbii sərvətlər naziri postu hazırda boş olsa da, nazirlikdə 4 müavin fəaliyyət göstərir. Rəşad İsmayılov (I müavin), Rauf Hacıyev, Vüqar Kərimov, Umayra Tağıyeva müavin postundadırlar.

Energetika naziri Pərviz Şahbazovun müavinləri Samir Vəliyev, Elnur Soltanov, Kamal Abbasov, Orxan Zeynalovdur.

Elm və təhsil naziri Emin Əmrullayevin müavinləri postunu Firudin Qurbanov, İdris İsayev, Həsən Həsənli, Kənan Kərimzadə tutur.

Maliyyə, kənd təsərrüfatı, mədəniyyət və səhiyyə nazirlərinin isə 3 müavini var.

Maliyyə naziri Sahil Babayevin müavinləri Anar Kərimov (I müavin), Himalay Məmişov, Natiq Həsənovdur.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun müavinləri vəzifələrini İlhamə Qədimova, Elçin Zeynalov, Sarvan Cəfərov icra edir.

Mədəniyyət naziri Adil Kərimlinin müavinləri postlarında Səadət Yusifova, Fərid Cəfərov, Murad Hüseynovdur.

Səhiyyə naziri Teymur Musayevin müavinləri vəzifələrində İlqar Qasımov, Rasim İsmayılov, Nadir Zeynalov çalışır.

Müdafiə sənayesi, gənclər və idman nazirləri 2 müavini olanlar sırasındadırlar.

Müdafiə sənayesi naziri Vüqar Mustafayevin müavinləri Mehman Baxışov və Hidayət Əzimovdur.

Gənclər və idman naziri Fərid Qayıbovun müavinləri vəzifələrini isə İndira Hacıyeva və Fərhad Hacıyev icra edir.

Qeyd edək ki, bəzi nazirliklərin əsasnamələrində müavin postlarının sayı daha çox göstərilsə də, yazıda hazırda vəzifə başında olan müavinlərin adları qeyd edilib./Qafqazinfo.az/

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…