- 22.08.2023 11:33
Niderlandın müdafiə naziri Ukraynaya səfər edib
Niderlandın müdafiə naziri Kaysa Ollonqren Ukraynaya səfər edib və Beynəlxalq Veteranlar Forumunda iştirak edib.
Bu barədə “Report” “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir.
“Bu gün burada olmaq mənim üçün böyük şərəfdir. Bir il əvvəl Kiyevdə olmuşam. Təbii ki, hamımız bu müharibənin bitməsini istəyirik. Mənə və Niderlanda dəstəyimizə görə təşəkkür edildikdə utanıram. Çünki biz əlimizdən gələn hər şeyi etmək istəyirik, bu, bizim vəzifəmizdir. Bu müharibə təkcə sizin deyil, bizim də müharibəmizdir”, – o, Beynəlxalq Veteranlar Forumunda deyib.