• 22.08.2023 11:34

Ukrayna Təhlükəsizlik Şurası: “Çin Rusiyanın nüvə silahından istifadə etməsinə icazə verməyəcək”

Ukrayna Təhlükəsizlik Şurası: “Çin Rusiyanın nüvə silahından istifadə etməsinə icazə verməyəcək”

“Çin Rusiyanın nüvə silahından istifadə etməsinə icazə verməyəcək. Əminəm ki, Moskvaya bu barədə xəbərdarlıq edilib”.

“Report” xəbər verir ki, bunu Ukraynanın Müdafiə və Təhlükəsizlik Şurasının katibi Oliksiy Danilov deyib.

Onun sözlərinə görə, Rusiya nüvə silahından istifadə edərsə, onda dünya dövlətlərinin cavabı ani və adekvat olmalıdır: “Dünya dövlətləri başa düşürlər ki, nüvə silahı tətbiq olunarsa, onda söhbət ancaq Rusiya və Ukrayna arasında müharibədən getməyəcək”.

Qeyd edək ki, daha əvvəl Rusiya rəsmiləri Ukraynanı nüvə silahının tətbiqi ilə hədələyiblər.

Mayın sonunda Rusiya və Belarus müdafiə nazirləri Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsi haqqında saziş imzalayıblar. Moskva Minskə nüvə başlığı ilə raketlər buraxa bilən “İsgəndər-M” raket komplekslərini təhvil verib. ABŞ kəşfiyyatı Rusiyanın artıq taktiki nüvə silahlarının ilk partiyasını Belarusa daşıdığını açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Sürücülərin NƏZƏRİNƏ: Respublika səviyyəli yolda hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Respublika səviyyəli yolda hərəkət məhdudlaşdırılacaq

Avqustun 26-da saat 01:00-dan 07:00-a qədər Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 28-ci kilometrində hər iki istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkəti…
Kəlbəcərdə hərbçimizin erməni atəşi nəticəsində yaralanması ilə bağlı cinayət işi açıldı

Kəlbəcərdə hərbçimizin erməni atəşi nəticəsində yaralanması ilə bağlı cinayət…

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu Ramiz İsmət oğlu Nəzərovun düşmən tərəfdən odlu silahdan açılmış atəş  nəticəsində yaralanması…
Afaq Bəşirqızı hiddətləndi, nazirə müraciət etdi: “Bu, şərəfsizlikdir!”

Afaq Bəşirqızı hiddətləndi, nazirə müraciət etdi: “Bu, şərəfsizlikdir!”

“Son vaxtlar korifey sənətkarlara qarşı belə münasibətin yaranmasına təəccüblənirəm. Bunu edən şəxsləri öz millətimin nümayəndələri kimi qələmə verə bilmərəm. Onlar…