• 22.08.2023 12:21

Xaricdə təhsil alanların diplomları bu formada tanınacaq

Xaricdə təhsil alanların diplomları bu formada tanınacaq

Ekspert: “Diplomların tanınmamasının əsl səbəbi başqadır…”

Xarici diplomların tanınması qaydaları təsdiqlənib. Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov bildirib ki, yeni qaydalarda əsas məqamlardan biri də xaricdə ali təhsil üzrə ixtisasların tanınmasında iki formanın müəyyənləşməsidir. Onlardan biri akademik, digəri isə peşə tanınmasıdır. Xarici diplom sahiblərinə Azərbaycanda işləmək və təhsilini davam etdirmək hüququ verilib.

Tanınma üzrə ümumi tələblər sırasında müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması da yer alıb.

Yeni qaydalar  prosesin daha şəffaf şəkildə həyata keçirilməsinə şərait yaradacaq.

Məlum olduğu kimi, hər il Azərbaycandan yüzlərlə gənc təhsil almaq üçün xarici ölkəyə üz tutur. Lakin bəzi hallarda məyusluqla qarşılaşırlar. Belə ki, illərlə təhsil haqqı ödəyib, imtahanlarda iştirak edib, diplom əldə edir, ölkəyə dönəndə isə diplomlarının tanınmaması problemi ilə üzləşirlər.

Bir neçə gün öncə məlum oldu ki, xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı ötən iyul ayı üzrə 1134 müraciətçinin 874-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 260 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 234, dövlət nümunəli olmayan diplom səbəbi ilə 7, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbi ilə 7 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 429, Ukraynadan 385, Gürcüstandan 118, Türkiyə Respublikasından 111, Birləşmiş Krallıqdan 19, digər ölkələrdən isə 72 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, maliyyə üzrə 134, iqtisadiyyat üzrə 131, tibb üzrə 119, menecment üzrə 90, biznesin idarə edilməsi üzrə 54 müraciətçi qeydə alınıb.

Qeyd edək ki, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması həmin dövlətlərin səlahiyyətli orqanlarının verdiyi, ali təhsil proqramının uğurla bitirilməsini təsdiqləyən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan ərazisində qüvvədə olmasının təsdiqidir. Azərbaycan ərazisində xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və təsdiqinin müəyyən edilməsi (nostrifikasiyası) Lissabon Konvensiyası və Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli müvafiq qərarı ilə tənzimlənir. Xarici diplomların tanınması proseduru isə Elm və Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyata keçirilir.

Bəs xarici diplomların tanınması qaydaları hansı yenilikləri gətirəcək?

Mövzu ilə bağlı təhsil eksperti İlham Əhmədov “Yeni Müsavat”a danışıb. Ekspert qeyd edib ki, xarici diplomların ölkədə tanınması təxminən notariusda təsdiq kimi bir proses olmalıdır:

“Çünki Azərbaycanın bir çox ölkələrlə qarşılıqlı diplomların tanınması ilə bağlı müqaviləsi var, o cümlədən Rusiya və Türkiyə, həmçinin MDB dövlətlərinin əksəriyyəti ilə. Diplomlar da həmin ölkələrin təhsil nazirliyi tərəfindən  təsdiq və xüsusi sertifikasiya olunur. Biz indi xarici universitetlərin  məzunlarını yenidən ölkəmizdə imtahan, ”süründürməçilik” edib, çaşdırıcı suallar veririksə ki, “universitetiniz hansı prospektdə yerləşir, hansı avtobusla gedib-gəlirdin?” və sairə,  bu, həmin dövlətlərin təhsil nazirliyinə, universitetlərinə etimadsızlıq deməkdir. Əgər xarici ölkələrin təhsil nazirliyinin keyfiyyətindən narahatıqsa, deyə bilərəm ki, həmin universitetlərin məzunları bizimkilərdən daha səviyyəlidir. Çünki bizim  universitetlərin məzunları fərli olsaydı, bu qədər sertifikatlaşmaya, universitet qiymətləndirilməsinə, işə qəbul, dövlət qəbulu imtahanlarına ehtiyac olmazdı. Üstəlik, bu imtahanların böyük əksəriyyəti aşağı nəticələrlə ortadadır. Bir yandan deyirlər ki, saxta diplomlu müəllim əgər bir neçə il işləyibsə, sertifikatlaşmadan keçibsə, biz onun saxta diplomunu tanıyırıq, işləsin, bir yandan da əlində əsl diplomu olan şəxs gəlir, amma o, müəllimlərin işə qəbulu imtahanında iştirak edə bilmir. Şəxs yenidən həmin prosesləri keçməli, sonradan məsələ məhkəmələrə gedib çıxır,  məhkəmələr də çox zaman nazirliyin mövqeyinə uyğun qərar qəbul edir. Əgər məhkəmə şəxsin xeyrinə qərar çıxarırsa belə, nazirlik yenə də onu get-gələ salır.

Niyə bizim distant təhsil keyfiyyətsizdir?- dosent İlham Əhmədov, təhsil  eksperti » Aztehsil.com

 İlham Əhmədov

Bütün bunlarda əsas məqsəd budur ki, gənclər xarici universitetləri deyil, yerli universitetləri seçsin. Amma bu, yolverilməzdir. Kimin arzusu var, xarici universitetdə oxusun, ən azından  getdiyi ölkənin dilini bilər, dünyagörüşü artar və sairə. Süni yollarla insanları narazı salmaq doğru deyil. Qanun var, bütün dünyada diplom tanıma prosesi eynidir. Əgər bizim xarici ölkələrin diplomlarını tanımağımızla bağlı müqaviləmiz varsa, indi diplomları tanımamaq nə deməkdir? Bizim universitetləri bitirib, öz ölkəsinə gedən məzunlar bu cür problemlə qarşılaşmır. Bəs biz niyə bunu edirik?

Bir daha qeyd edirəm, bütün bunları etməkdə məqsəd yerli universitetlərə tələbələr cəlb etməkdir. Bu üsula əl atmaqdasa, yerli universitetlərin keyfiyyətini, fəaliyyətini artırmaq lazımdır”.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…