• 22.08.2023 12:22

Saxta təhsil təklifləri – “diplom maklerləri” yenə iş başındadır

Saxta təhsil təklifləri – “diplom maklerləri” yenə iş başındadır

Ekspert: “Xaricdə təhsil almaq üçün universitet seçərkən bəzi qaydalara riayət edilməlidir, bunlar…”

Hazırda ali məktəblərə qəbul dövrüdür. İmtahanlar, müsabiqələr keçirilir, qısa zamanda təhsil ocaqlarına yerləşdirmələr başlayacaq. Hər il bu vaxtlar ölkədə xeyli “təhsil maklerləri” də peyda olur. Hazırda əksər saytlarda, radiolarda, telekanallarda ölkədən kənarda təhsillə bağlı reklamlar aparılır. Bir çox elanlar heyrət doğurur, hətta belə təkliflər də edilir ki, Bakını tərk etmədən, imtahan vermədən. Tək attestatla Türkiyədə, xaricdə təhsil ala bilərsiniz.

Məlumdur ki, Azərbaycanda xaricdə təhsillə bağlı qaydalar sərtdir və indiyədək xaricdə qeyri-müəyyən şəraitdə alınmış yüzlərlə diplom tanınmayıb.

Nəticədə həmin vətəndaşlar dövlət qurumlarının qapılarını döyür, məhkəmələrdə sürünürlər.

Dövlət qurumları xaricdə təhsillə bağlı elan verən, bu işi həyata keçirənləri nəzarətə almalıdır. Çünki sonda aldadılan Azərbaycan vətəndaşıdır və ortada faktiki olaraq dələduzluq elementləri də var. Sosial şəbəkələrdə yüzlərlə “diplom makleri”, “xaricdə təhsil mərkəzi” peyda olub. Bu işə necə əncam çəkmək olar? Vətəndaşlar saxtakarları necə ayırd etsin? Bunun bir mexanizmi varmı?

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, hazırda ölkədən kənarda təhsil alan azərbaycanlıların sayı 42 mindən çoxdur: “Onlardan 15 mini qardaş Türkiyədə, 20 mindən çoxu Rusiya, Ukrayna, Gürcüstan universitetlərində təhsil alır. Xarici ölkələrdə təhsil almaq üçün gedənləri, əsasən, bir neçə qrupa bölmək olar. Onlardan biri Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında topladıqları ballar burada ali məktəblərə qəbul olmağa imkan verməyənlərdir. Bunların sayı hədsiz dərəcədə çoxdur. İkinci kateqoriyanı o şəxslər təşkil edir ki, onlar Azərbaycanda ali məktəblərə qəbul olurlar, amma aldıqları təhsil onları qane etmir. Ona görə də daha yüksək səviyyədə təhsil almaq üçün onlar xarici ölkələrə üz tuturlar. Müəyyən şəxslər də var ki, ali təhsil almaq istəyir, amma Azərbaycanda təhsil haqları yüksək olduğu üçün daha ucuz təhsil haqqı olan ölkələrə gedirlər.

Artıq Təhsil Nazirliyində rüşvət adi hala çevrilib" - Kamran Əsədov »  Gundelik-Baku.Com

“Fırıldaqçıların girovuna çevrilməkdə valideynlərin məsuliyyətsizliyi böyük rol oynayır”

Məhz DİM-in keçirdiyi imtahanlarda aşağı bal toplayaraq tələbə adını qazana bilməyən abituriyentlər müxtəlif yollardan istifadə etməklə təhsil almaq istəyirlər. Ali məktəblərə qəbulun nəticələrinin açıqlanması xaricdə təhsil vəd edən fırıldaqçı şəbəkəni yenidən hərəkətə gətirib. Son vaxtlar sosial şəbəkələrdə, radio və televiziya kanallarında xaricdə təhsil elanları çoxalıb.

Vacib bir qeydi deyim ki, ölkədə xarici ölkələrə tələbə qəbulu xidməti göstərən şirkətlərin heç biri Təhsil Nazirliyi ilə bir bağlantısı yoxdur və rəsmi lisenziya almayıblar. Sadəcə olaraq vergi ödəyicisi kimi qeydiyyatdan keçib xidmət göstərirlər. Əlbəttə ki, bu hüquq pozuntusu deyil. Sadəcə olaraq valideynlər, abituriyentlər bilməlidir ki, xaricdə təhsil xidməti göstərən şirkətlərin hansısa üstünlüyü yoxdur. Onlar özləri də, istədikləri xarici universitetin saytından qeydiyyatdan keçib tələb olunan sənədləri göndərməklə bu prosesi həyata keçirə bilərlər”.

Ekspert təəssüflə qeyd edir ki, insanların çoxunu təhsil yox, diplom düşündürür: “Buna görə də onlar imtahansız xaricdə ”təhsil” fırıldaqçılarının könüllü qurbanına çevrilirlər. Alacaqları diplomun yiyələnməli olduqları təhsildən daha önəmli olduğunu düşünürlər, lakin ölkəyə qayıdıb fərqli mənzərə ilə qarşılaşanda artıq gec olur. Çox vaxt bu cür diplomlar tanınmır və vətəndaşların 4-5 ildə tökdükləri pul havayı getmiş olur.

Günümüzün acı reallığıdır: bəzi insanlarda sanki belə bir rəy formalaşıb – təhsil necə olur-olsun, fərqi yoxdur, yetər ki, diplom olsun. Bu baxımdan onların imtahansız xaricdə “təhsil” adı ilə fırıldaqçıların könüllü qurbanına çevrilmələrinin əsas səbəbi də diplomdur. Alacaqları diplomun yiyələnməli olduqları təhsildən daha önəmli olduğunu düşünürlər, lakin ölkəyə qayıdıb fərqli mənzərə ilə qarşılaşanda artıq gec olur. Çünki ölkə qanunvericiliyi bu yolla “təhsil” alıb ölkəyə qayıdanların diplomunu rəsmən tanımır. Təəssüf doğuran məqamlardan biri də budur ki, insanlar kütləvi şəkildə bu şirkətlərə müraciət edirlər. Fırıldaqçıların girovuna çevrilməkdə valideynlərin məsuliyyətsizliyi də böyük rol oynayır. Onlar məlumatsızlıq ucbatından övladlarının təhsilini, onların gələcəyini öz maraqlarına – diplom sevdasına qurban verirlər”.

K.Əsədov qeyd etdi ki, Azərbaycanlı tələbələr xaricdə təhsil almaq üçün universitet seçərkən bəzi qaydalara riayət etməlidirlər: “İlk olaraq diqqət olunmalıdır ki, gedəcəkləri universitetin xaricdən tələbə almaq icazəsi varmı? Digər tərəfdən xarici təhsil aldığı ali məktəblərin diplomlarının tanınması üçün ölkədən çıxış-giriş prosesi ilə bağlı Sərhəd Qoşunlarına sorğu yollanılmalıdır. Ən əsas məsələ isə şəxsin xaricdə təhsil aldığı ali məktəblə Azərbaycan Təhsil Nazirliyi arasında müqavilə olmalıdır. Əgər müvafiq müqavilə olmasa, həmin diplom tanınmayacaq. Azərbaycanda məzun olan tələbələrin 7 mini Dağıstan universitetlərinə üz tutub. Dağıstan universitetləri isə birmənalı olaraq tanınmır. Yəni 4 il müddətində həmin təhsil mərkəzinə getmədən diplom alaraq o diplomun ölkədə tanınmasını istəmək absurd məsələdir. Bu baxımdan tövsiyə edirik ki, xaricdə təhsil almaqla bağlı əhali ciddi məlumatlanmalıdır.

Azərbaycanda ali məktəblərə qəbul olmayan şəxslər ilk növbədə, orta məktəb sənədi ilə xarici ölkələrdə təhsil almağa üz tutur. Bu zaman valideynlər, abituriyentlər bir neçə vacib nüanslara diqqət yetirməlidir. Birincisi, övladlarının təhsil alacağı universitetin taninma.az saytında Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınıb-tanınmadığına baxmalıdırlar. İkincisi, həmən universitetin özünün fəaliyyət göstərdiyi ölkədə fəaliyyət göstərmək üçün lisenziyasının olub-olmadığına diqqət etmək lazımdır. Bunlar ilkin əsas səbəblərdir. Hər il yüzlərlə valideynlər xaricdə təhsil xidməti göstərən özəl mərkəzlər tərəfindən aldadılıb. Əsasən, valideynlərə vəd edilən şəhərlərdə, universitetlərdə və ixtisaslarda aldadılma faktları aşkar olunur. Bundan başqa, valideynlərə vəd edilir ki, övladları birbaşa birinci kursda təhsil alacaq, amma məlum olur ki, onları hazırlıq qruplarına qəbul etdiriblər. Bəzi xaricdə təhsil xidməti göstərən mərkəzlər valideynlərə təqaüd, qalma yeri kimi məsələdə vəd etsələr də, bunu yerinə yetirmirlər”.

DİGƏR XƏBƏRLƏR

“Salyanski kazarma”nın sabiq xidmət rəisi həbs edildi

“Salyanski kazarma”nın sabiq xidmət rəisi həbs edildi

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin (TTM) Tibb Xidmətinin sabiq rəisi Şahin Quliyev həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə,…
Ceyhun həyat yoldaşını xilas etmək istəyərkən ölüb…

Ceyhun həyat yoldaşını xilas etmək istəyərkən ölüb…

ABŞ-nin Florida ştatının Mayami şəhərində həmyerlimiz Ceyhun Sadibəylinin öldüyü hadisə ilə bağlı bəzi detallar üzə çıxıb. Yaxınlarının bildirdiyinə görə, əslən Yardımlı rayonundan…
İlham Əliyevlə Ərdoğanın səmimi görüşü – VİDEO

İlham Əliyevlə Ərdoğanın səmimi görüşü – VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclası keçirilir. Proses.az xəbər…
“İlham Əliyev tarixə düşəcək” – Ərdoğan

“İlham Əliyev tarixə düşəcək” – Ərdoğan

“Azərbaycan Prezidenti İlham Əliyevin bölgəyə sülhü gətirəcək lider olaraq tarixə düşəcəyinə əminəm”. Proses.az “Report”a istinadən xəbər verir ki, bu barədə…
“Beşiktaş” prezidentinin oğlunun 20 milyonluq “Ferrari”si kül oldu – FOTO

“Beşiktaş” prezidentinin oğlunun 20 milyonluq “Ferrari”si kül oldu –…

“Beşiktaş” klubunun prezidenti Serdal Adalının oğlu Celal Alaz Adalı “Ferrari”si ilə hərəkətdə olarkən mühərrik hissəsində anidən yanğın olub. Milli.Az Türkiyə…
Hakimləri söyən Amit Quluzadəyə ağır cəza

Hakimləri söyən Amit Quluzadəyə ağır cəza

AFFA İntizam Komitəsi 1-ci liqada mübarizə aparan “Qaradağ Lökbatan”ın baş məşqçisi Amit Quluzadəni sərt cəzalandırıb. Proses.az xəbər verir ki, bu…
“9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək”

“9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək”

“Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. Sayca 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək”. Proses.az xəbər verir ki, bu…
Saleh Səmədovun yerinə müavini təyin olundu

Saleh Səmədovun yerinə müavini təyin olundu

İmişli rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Ağsaqqallar Şurasının növbədənkənar iclası keçirilib. Şuradan “Unikal”a bildirilib ki, yığıncaqda açıq səsvermə yolu ilə…
Azərbaycanda əsassız varlanma ilə bağlı – Mühüm qərar

Azərbaycanda əsassız varlanma ilə bağlı – Mühüm qərar

Ali Məhkəmənin Mülki kollegiyası əsassız varlanma ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. Proses.az Ali Məhkəməyə istinadən…
İlham Əliyevdən Qərbi azərbaycanlılarla bağlı MÜHÜM AÇIQLAMA

İlham Əliyevdən Qərbi azərbaycanlılarla bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan Qərbi azərbaycanlıların nə vaxt və hansı şərtlərlə öz dədə-baba yurdlarına dönə bilmələri ilə bağlı aydın mövqe ifadə etməlidir. Proses.az xəbər…
Rusiyada azərbaycanlı gözəllik salonuna girərək keçmiş arvadını döydü – ANBAAN GÖRÜNTÜ

Rusiyada azərbaycanlı gözəllik salonuna girərək keçmiş arvadını döydü –…

Rusiyanın Nijnevartovsk sakini Anastasiya İ. bir neçə aydır keçmiş əri tərəfindən təqib olunduğunu bildirib. BAKU.WS xəbər verir ki, bu barədə o,…
Kişiyə ayaqqabısını öpdürən qadınla bağlı RƏSMİ AÇIQLAMA

Kişiyə ayaqqabısını öpdürən qadınla bağlı RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə naməlum qadının digər şəxsə qarşı qeyri-adekvat hərəkətlərini əks etdirən görüntüləri yayılıb. Proses.az xəbər verir ki, bu görüntülər polis…
Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Bakıda və Abşeron yarımadasında mayın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Proses.az-a…
Yeni təyin edilən nazir kimdir? – DOSYE

Yeni təyin edilən nazir kimdir? – DOSYE

Rafail Quliyev Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri təyin edilib. Yeni təyin edilən nazirin dosyesini təqdim edirik. O, 1967-ci ildə…
Bakıda Sağlamlıq Mərkəzinin direktoru kimlərdən rüşvət alıb? – FAKTLAR

Bakıda Sağlamlıq Mərkəzinin direktoru kimlərdən rüşvət alıb? – FAKTLAR

Xocasən Sağlamlıq Mərkəzinin sabiq direktoru Əliyar Məmmədovun barəsində olan hökmdən verilmiş kasasiya şikayətinə baxılıb. Teleqraf-ın əldə etdiyi xəbərə görə, Ali…