• 23.08.2023 01:01

Müstəqil ölkə müstəqil xalq demək deyil

Müstəqil ölkə müstəqil xalq demək deyil

Kulis.az Aqşin Yeniseyin yeni yazısını təqdim edir.

Müstəqil ölkə hələ müstəqil xalq demək deyil. Ölkə bir saatın içində də müstəqillik əldə edə bilər, amma xalq uzun illər müstəmləkəçiliyin komfort zonalarından çıxmaq istəməz.
Servantes, Stendal, Flober, Prust və Dostoyevskinin əsərlərini təhlil edən fransız filosofu Rene Girard “Romantik Yalan və Roman Həqiqəti” kitabında “Mimetik arzu” deyə bir nəzəriyyə irəli sürür. Girard deyir ki, Don Kixot öz fərdi azadlığını tələbə Amadisin bilgilərinə qurban vermiş cəngavərdir.

Onun cəngavərliyinin hədəflərini cəngəvarlər haqqında xeyli roman oxumuş tələbə Amadis təyin edir. Onun yerinə hədəflər qoyub, qərarlar verən bu tələbə Don Kixot üçün cəngavərliyinin komfort zonasıdır. Özü cəhənnəm, nökəri Sanço Panzanı da Amadisin qoyduğu və arzuladığı hədəflərə sürüyür, ona gələcəkdə qubernatoru olacağı bir ada vəd edir.
Girard yazır ki, başqasının arzusunu arzulamaq, ona can atmaq Don Kixotda və Sanço Panzada elə bir şiddətli və daimi hal alır ki, bunu öz iradələrinin istəyi kimi anlayırlar.

Bu üçlü münasibətdə Amadis müstəmləkə idarəçiliyini, Don Kixot icraçı müstəmləkə xalqını, Sanço Pansa isə havayı quyruq yolu gözləyən kütləni təmsil edir.
Biz toplum olaraq indi Don Kixotun vəziyyətdəyik. Uzun illər bizim yerimizə arzulayan, qərarlar verən, hədəflər təyin edən bir müstəmləkəçiliyin yaratdığı komfort zonalardan imtina etmək fikrimiz yoxdur.
Çünki xəyalımızda, ən azı, qubertantoru olacağımız bir ada var. Müstəmləkəçilikdən imtina bu adanın əldən çıxması və xəyallarımızın boş qalması deməkdir. Xalqın öz xəyallarını öz arzuları, öz hədəfləri ilə doldurması qısamüddətli məsələ deyil. Hətta assimliyasiya olmasının səbəbi da heç vaxt bu boşluğu doldura bilməməsidir.
Xırda istisnaları çıxmaqla arzularımız hələ də Girardın ədəbiyyat üzərindən şərh etdiyi müstəmləkə idarəçiliyinin “mimetik arzulardır”.
İşin fəlsəfəsində ayrılıb reallığa qayıdaq.

İdeoloji müdaxilələr xalqın, cəmiyyətin sahib olduğu keyfiyyətləri ya şişirdir, ya da kiçildir. Məsələn, faşizm almanların milli kimliyini kəllə-çarxa çıxarmışdı, kommunizm, tam əksinə, azərbaycanlıların milli heysiyyatını az qala yox etdi. Bu gün əlimizdə olan bütün ictimai ölçülər pul və inzibati nüfuz hesabına hökmranlığı qorunan sovet ideologiyasının qondardığı ölçülərdir.
Elmdə, ədəbiyyatda, siyasətdə, hətta geyim-keçimdə belə külli miqdarda azərbaycanlı özünü sözdə “nümunəvi” sovet vətəndaşı kimi aparır. Bunun daha qlobal forması dində yaşanan mənzərədir. Təkallahlılıq insanın göydə apardığı islahatdır. Yerdəki bütün işlək mexanizmlər çoxallahlılığın mirasdır.
Bizim ictimai mühit də bu qlobal gerçəkliyin bir başqa şəklidir. Şərtlər dəyişsə də, mexanizmlər dəyişməyib!

Çünki bu ictimai mexanizmlər müstəmləkəçiliyin yaratdığı komfort zonalardır. Bu zona irsi əksikliyi olana inzibati yolla aristokratik status vəd edir. Sanço Pansanın qubernator vədini yadınıza salın. Yəni toplumu yaradan, formalaşdıran dəyərin kökündə ədalət yoxdur.
Sənaye İnqilabı zamanı ispanlar da belə vəziyyətlə üzlədilər; ya üç əsrdən artıq davam edən inkivizisiya nəticəsində formalaşmış komfort zonalarını tərk edib luddist, sufrajist, feminist və s. kimi modern “əcinnələrlə” boğuşa-boğuşa yeni cəmiyyət quracaqdılar, ya da yaxşıları öldürüb pisləri saxladıqları öz keçmişlərinə dalıb inkivizisiyanın bəxş etdiyi “allahın gününü” görəcəkdilər.
İkincini seçdilər və hələ də Avropanın feodal simasını təmsil edirlər.

Ancaq bu gün bizim toplumda bu qondarma mexanizmləri yaradıcılığa sövq və məcbur edən ideoloji güc yoxdur. Bu da onları özlərini doqmalaşdırıb qorumağa məcbur edir, yaradıcılıq imkanlarını daha da sıfırlayır. Onlar cəmiyyətdə özləri kimi yaratmayanları stumillaşdırırlar. Hər addımda yaradıcılığın ayağının altını qazırlar.
Elə bufalo var ki, şiri bir zərbədə öldürür, amma ümumilikdə bufalo növünün potensialı bu canlını şirin naharı olmaqdan xilas etmir.
Bu milli potensialı dəyərləndirə bilməkdən məhrum edildiyi üçün müstəmləkə illərində Azərbaycanda tarlada yatan xalq, “Baksovet”də yaşayan “Xalq şairi”ni özünün yetirməsi kimi görürdü. Ona elə gəlirdi ki, hər gün fəxri ad, medal, mükafat alan şairi özü pambıq yığa-yığa yetişdirib. İndi də dərd çəkir ki, mənə birdən-birə nə oldu böylə, niyə day o “Xalq şairi”lərindən yetişdirə bilmirəm?
Və əlində nağd olan soğandan bərk-bərk yapışır.

Və o soğanı nağd edən dəyərləri, mexanizmləri də qorumağa çalışır. çünki yerinə qoyacaq heç nəyi yoxdur. Bu həm də milli özgüvən hissinin zəifliyinin göstəricisidir.
Bəzən sovetin “Xalq şairi”ni öz dövrünün hökumətinə yarınmaqda suçlayırıq. Yaxşı edirik, amma düz etmirik. Mənə görə, adı sovet şairi və yazıçısı olanlar öz hökumətlərinə yarınmırdılar, bu hökumətin yanındaydılar və səmimi idilər. Sovet hökuməti həqiqətən onların hökuməti idi. Onların “istedadı” sovet ideologiyası, ilham pəriləri siyasi büro üzvləri idi.
Bu hökumət gecə-gündüz televiziyalar, radiolar vasitəsilə onlara oxucu toplayırdı uzaq-uzaq ellərdən. Saatlarla Bakıda dövlət kanalında oturub Nikaraqua xalqının imperializmlə mübarizəsi haqqında şeirlər oxuyan xalq şairləri vardı. Bu gün isə şairi efirə çağırıb “halal” sosiska ilə güləşdiririk.

Sovet hökuməti onları milli şudralıqdan beynəlmiləl brəhmənliyə yüksətmişdi, heç bir irsi, mənəvi, zehni, ictimai haqqları olmaya-olmaya indi də Bakının üzünü ağardan, elə həmin hökumətin məhv etdiyi milli burjuanın evlərinə yerləşdirilmişdilər. Eşşək arabasından xidməti avtomobillərə hoppanmışdılar. Bizim bu gün yarınmaq dediyimiz, onlar üçün təşəkkür borcu idi.
Və sovet ədəbiyyatı səmimi-qəlbdən ana dilində müstəmləkə xalqları üçün mimetik arzular, hədəflər təyin edirdi. Xalq isə bunu öz iradəsinin arzuları, hədəfləri kimi anlayırdı. Eynən Don Kixot kimi.
Ad vermək, təqaüd ayırmaq, ev bağışlamaq – bunlar sortundan asılı olmayaraq bütün hakimiyyətlərə xas olan açıq və gizli qiymətləndirmə metodudur. “Şərəf” adlı ordeni hamıdan əvvəl deyil, hamıdan axırda kəşf edən ölkələrdən biriyik biz. Məni düşündürən bu deyil, cəmiyyətin bu qiymətləndirmə metoduna münasibətidir.

Bu gün də sənət adamlarına fəxri sovet titullarının verilməsini tələb və sifariş edənlər cəmiyyətin, xalqın nümayəndələridir, evdəkiləridir, yaxın çevrədir. Xalq şairdən tələb edir ki, ad al, titul al, medal al, özünü bizə tay tutma. Nə olsun, müstəqil ölkənin şairisən, hansı sənin əsarət mirası olan fəxri ad-sanın? Adın, titulun, medalın yoxdursa, sən nə şairsən, nə yazıçısan, nə alimsən? Yəqin, məclislərdə, tədbirlərdə özünüz də şahidi olmusunuz; nə boyda zəka sahibi olursan ol, titulun yoxdursa, toplumun gözündə heç kimsən, titulun varsa, öz adını söyləməsən də olar.
Niyə? Çünki xalq müstəmləkə idarəçiliyinin yaratdığı bu mimetik hədəfi öz iradəsinin ölçüsü, dəyəri kimi anlayır hələ də.
Xalq aşağıda şairi dirəyir, şair də gedib yuxarıda tutalım, Mədəniyyət Nazirliyinin gənc məmurunu bezdirir ki, mənə ad verin! Yoxsa üstümə nöyüt töküb özümü yandıracağam.

Yəni yaradıcı adamı sırtıqlığa, yarınmağa, ələbaxanlığa vadar edən cəmiyyətin ictimai mexanizmləridir. Mimetik arzuları, hədəfləridir. İndi mən də filmdəki rəhmətlik Səməndər Rzayev kimi üzümü bu köhnə mexanizmlərlə yaşamaqdan qürur duyan adamlara tutub deyirəm, ayə, ay camaat, yazıçını, şairi, alimi verilən ada, təqaüdə, evə görə qiymətləndirəcəkdinzsə, day o boyda sovet imperiyasını niyə dağıdırdınız? O qədər insanı niyə əliyalın tankların qabağına göndərirdiniz?

Aqşin Yenisey

DİGƏR XƏBƏRLƏR

Əri tərəfindən döyülən qadının görüntüsünü paylaşdı

Əri tərəfindən döyülən qadının görüntüsünü paylaşdı

Aparıcı Lalə Azərtaş həyat yoldaşı tərəfindən döyülən qadının görüntülərini yayıb. Proses.az axşam.az-a istinadən bildirir ki, aparıcı üzü döyülməkdən şişən və…
“Yaxşı ki, Fazil kimi atam var, ərimdən 1 manat belə istəməmişəm” – VİDEO

“Yaxşı ki, Fazil kimi atam var, ərimdən 1 manat…

Müğənni Aysun İsmayılova şəxsi həyatı barədə maraqlı açıqlamalar verib. Milli.Az xəbər verir ki , o, “Rəngarəng” verilişində etirafı ilə diqqət…
Türkiyəli gənc müğənni vəfat etdi – FOTO

Türkiyəli gənc müğənni vəfat etdi – FOTO

Türk musiqisinin gənc müğənnilərindən olan solist Duyğu Kiraz dünyasını dəyişib. Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni epilepsiya xəstəliyindən əziyyət çəkirdi.…
Qəribə OLAY: Mühafizəçi “Mall”da dava etdiyi adamın ayağını DİŞLƏDİ – VİDEO

Qəribə OLAY: Mühafizəçi “Mall”da dava etdiyi adamın ayağını DİŞLƏDİ…

Türkiyədə yaşan hadisə görənləri təəccübləndirib. Ölkənin Bursa şəhərində yerləşən alış-veriş mərkəzlərindən birində mühafizəçinin dava etdiyi anların görüntüləri yayılıb. Olayı qəribə edən…
50 minlik saatına toxunmaq istəyən Zaura görün nə dedi… – VİDEO

50 minlik saatına toxunmaq istəyən Zaura görün nə dedi……

Azərbaycanlı müğənninin lüks saatı efirdə müzakirəyə səbəb olub. Milli.Az xəbər verir ki, “Azad Azərbaycan” televiziyasında yayımlanan “Rəngarəng” verilişində Samir Abbasovun qızıl…
“Survivor”un iştirakçısı həbs ediləcək – FOTO

“Survivor”un iştirakçısı həbs ediləcək – FOTO

Paytaxtda maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisələrindən birinin görüntüsü yayılıb. Milli.Az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol…
İlham Bayramova yüksək vəzifə verildi

İlham Bayramova yüksək vəzifə verildi

İlham Bayramov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini təyin edilib. Proses.az xəbər verir ki, bu barədə “APA-Economics”ə Azərbaycan Dövlət…
22 yaşlı nişanlı qızın meyiti tapıldı – Türkiyə bu cinayəti müzakirə edir

22 yaşlı nişanlı qızın meyiti tapıldı – Türkiyə bu…

22 yaşlı tibb bacısının ölümü şübhə doğurub. Milli.Az ntv-yə istinadla bildirir ki, Samsunda 22 yaşlı Kübra Güner yatdığı yerdə qəfil…
ABŞ-də yaşayan azərbaycanlı jurnalisti ölümlə hədələdilər

ABŞ-də yaşayan azərbaycanlı jurnalisti ölümlə hədələdilər

ABŞ-də yaşayan jurnalist Qənirə Ataşovanı ölümlə təhdid edirlər. Proses.az xəbər verir ki, bu barədə o özü məlumat verib. Həmin məlumatı…
Ermənistanın yeni Daxili İşlər Naziri qadın oldu – FOTO

Ermənistanın yeni Daxili İşlər Naziri qadın oldu – FOTO

Ermənistan Daxili İşlər Nazirliyinə nazir müavini postunu tutan Arpin Sarkisyan rəhbərlik edəcək. Milli.Az xəbər verir ki, bu barədə baş nazir…
Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış

Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda səfərdə olmuş konqresmen Frenk Pallone…
“Kişilərin başında mikrofon sındırmışam” – “Niqulya xanım” ilə MÜSAHİBƏ

“Kişilərin başında mikrofon sındırmışam” – “Niqulya xanım” ilə MÜSAHİBƏ

Lent.az hamının “Tamara”, “Niqulya xanım” kimi tanıdığı məşhur müğənni Kəmalə Günəşlidən müsahibə alıb. Proses.az həmin müsahibəni təqdim edir: – Kəmalə xanım,…
Aİ-92 benzini və dizellə bağlı dəyişiklik

Aİ-92 benzini və dizellə bağlı dəyişiklik

Təbii qaz, Aİ-92 markalı avtomobil benzini və dizel yanacağının istehsalçı qiymətlərlə ölkə daxilində satışını həyata keçirən subyektlər tərəfindən enerji effektivliyi…
“Dedi ki, həbsdə tüpürcəyini udmadığı üçün ona vergi verilib”

“Dedi ki, həbsdə tüpürcəyini udmadığı üçün ona vergi verilib”

“Məşədi Dadaş” məscidinin imamı Əli Şərbətova sui-qəsd hazırlamaqda, məscidin xidmətçisinə xəsarət yetirməkdə ittiham olunan Elşən Hüseynovun məhkəməsi davam edir. “Qafqazinfo”nun…
Ərinin xəstəxanada tərk etdiyi Tünzalə Ağayevanın taleyi necə olacaq? (VİDEO)

Ərinin xəstəxanada tərk etdiyi Tünzalə Ağayevanın taleyi necə olacaq?…

Əri tərəfindən xəstəxanada tərk edilən qadın barəsində ARB TV-nin “Günə Son” verilişində ətraflı xəbər verilmişdi. Bildirilirdi ki, 24 həftəlik hamilə…