- 23.08.2023 01:32
Şmıqal: “Ukrayna və Polşa sərhəddə vahid keçid məntəqələri yaradır”
Ukrayna və Polşa ölkələr arasında sərhəddə vahid keçid məntəqələri yaradılacaq təşəbbüsün icrasına başlayıblar.
“Report” xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal teleqram kanalında yazıb.
Onun sözlərinə görə, indi hökumətin vəzifəsi Aİ ölkələri ilə ümumi gömrük və sərhəd nəzarətini tətbiq etməkdir.
“Yəni hər iki dövlətin nümayəndələrinin işləyəcəyi bir nəzarət-buraxılış məntəqəsi olacaq. Bununla Avropa məkanına daha geniş inteqrasiyaya nail olacaq, logistikanı sürətləndirəcək və korrupsiyanı minimuma endirəcəyik. Pilot layihəni Polşa-Ukrayna sərhədində həyata keçiririk”, – o bildirib.
O, Ukraynanın belə bir təşəbbüsü Rumıniya ilə sərhəddə də həyata keçirmək istədiyini və müvafiq təklifin artıq Rumıniya tərəfinə göndərildiyini vurğulayıb.