• 31.08.2023 16:48

Ali məktəblərdə nə qədər boş yer qalıb? – RƏSMİ

Ali məktəblərdə nə qədər boş yer qalıb? – RƏSMİ

Ali təhsil müəssisələrinə boş qalan plan yerlərinin sayı açıqlanıb.

Proses.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, I mərhələdən sonra I ixtisas qrupu üzrə 1557, II ixtisas qrupu üzrə 217, III ixtisas qrupu üzrə 994, IV ixtisas qrupu üzrə 231, V ixtisas qrupu üzrə isə 350 plan yeri boş qalıb.

Müsabiqənin nəticələrinə əsasən 51 941 nəfər (o cümlədən 6592 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub.

24 594 (o cümlədən 1389 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 27347 (o cümlədən 5203 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Ali təhsil müəssisələrinin qəbul planı 93.94% dolub. Sentyabrın 5-dən 14-dək boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq və göstəricilər bir qədər də yüksələcəkdir.

Qeyd olunan rəqəmləri ötən ilin müvafiq məlumatları (I mərhələdən sonra qəbulun nəticələri) ilə müqayisə etsək, bu il tələbə adını qazananların sayının daha da artmasını müşahidə edə bilərik. Ötən ilə nisbətən bu il tələbə olanların sayı 3100 nəfər daha çoxdur. Bu il dövlət sifarişi əsasında qəbul olunanların sayı da ötənilki göstəricidən 1550 nəfər çoxdur.

Ümumiyyətlə son illər qəbul planında dövlət sifarişli yerlərin sayının artırılması nəticəsində ödənişsiz oxumaq imkanı əldə edən tələbələrin sayı çoxalmaqda davam edir. Bu il ötən illə müqayisədə dövlət sifarişi üzrə 12.27% daha çox plan yeri ayrılmışdı. İxtisas qrupları üzrə ayrılıqda baxsaq bu il hətta I ixtisas qrupunda 23.30%, IV ixtisas qrupunda 15.56% artım var idi. Beləliklə, abituriyentlərin dövlət sifarişli yerlərdə oxumaq imkanları daha da genişlənib və onlar müəyyən ixtisaslar üzrə ötən illərlə müqayisədə nisbətən aşağı bal ilə də ödənişsiz oxumaq imkanına malik olurlar. Bununla bağlı gözləntilər əvvəlcədən var idi.

Xatırladaq ki, ixtisas seçimindən öncə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə tərəfindən canlı yayımlar zamanı müsabiqə vəziyyəti təhlil olunmuşdu və ixtisas qrupları üzrə abituriyentlərin topladıqları ballara əsasən şansları qiymətləndirilmişdir. Müsabiqənin nəticələrinə fikir verdikdə qrup və ixtisaslar üzrə vəziyyətin necə formalaşacağı ilə bağlı proqnozların özünü doğrultduğunu görə bilərik.

Plan yerləri ən çox ikinci ixtisas qrupunda dolub (98.35%). Burada plan yerlərinin sayı imtahan verən və müsabiqədə iştirak etmək hüququ olan abituriyentlərin sayından çox olsa da, əvvəlcədən də proqnoz edildiyi kimi subbakalavrların şansı var idi və onların hesabına dolma göstəriciləri yüksəkdir. Ən çox subbakalavr (2985 nəfər) da məhz II qrup üzrə ixtisaslara qəbul olunub. I qrup üzrə də subbakalavrların imkanları var idi və 2731 nəfər qəbul olunub. III, IV və V ixtisas qruplarında plan yerləri müvafiq olaraq 93.74%, 94.36% və 91.19% dolub.

Məlumat üçün qeyd edək ki, I mərhələdən sonra I ixtisas qrupu üzrə 1557, II ixtisas qrupu üzrə 217, III ixtisas qrupu üzrə 994, IV ixtisas qrupu üzrə 231, V ixtisas qrupu üzrə isə 350 plan yeri boş qalıb.

Ayrıca ali təhsil müəssisələrinə gəldikdə I mərhələdən sonra tələbə qəbulu aparılan 42 ali təhsil müəssisəsinin 6-da (Tibb Universiteti, Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti, Turizm və Menecment Universiteti, Bakı Ali Neft Məktəbi, Əmək və Sosial Münasibətlər Akademiyası) plan yerləri 100 %, 23 ali təhsil müəssisəsində 90%-dən çox dolub. Ümumiyyətlə, qəbul aparılan ixtisasları xüsusi qabiliyyət tələb edən ali təhsil müəssisələri istisna olmaqla, digər ali təhsil müəssisələrinin plan yerləri əsasən 80%-dən çox dolub.

Subbakalavrlarla bağlı qeyd edə bilərik ki, onlar 34 müxtəlif ali təhsil müəssisəsinə qəbul oluna biliblər. Bu il ali təhsil müəssisələrinə qəbul olunan subbakalavrların sayı da artıb və ötənilki göstəricidən 1665 nəfər daha çoxdur. Subbakalavrlar say etibarilə daha çox Mingəçevir Dövlət Universiteti (586 nəfər) Azərbaycan Texniki Universitetinə (490 nəfər), Lənkəran Dövlət Universitetinə (453 nəfər) və Azərbaycan Texnologiya Universitetinə (432 nəfər) qəbul olunub. Ali təhsil müəssisələrinin qəbul planı və onların dolma faizinə baxdıqda isə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasına qəbul olunanların 54.10%-nin, Naxçıvan Müəllimlər İnstituna qəbul olunanların 51.03%-nin, Azərbaycan Texnologiya Universitetinə qəbul olunanların 41.10%-nin subbakalavrlar olduğunu görərik.

Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul olunanlar sentyabrın 5-dən 14-dək elektron qaydada portal.edu.az saytı vasitəsilə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

DİGƏR XƏBƏRLƏR

Sabiq məhkəmə sədrinə 4615 manat pensiya hesablandı – Narazı qaldı

Sabiq məhkəmə sədrinə 4615 manat pensiya hesablandı – Narazı…

Keçmiş məhkəmə sədri Vladimir Ruvinov pensiyasının az hesablandığını əsas gətirərək məhkəməyə müraciət edib. “Qafqazinfo”nun məlumatına görə, 15 il hakimlik etmiş…
Mübahisəli cərimələr zamanı – Nə etməli?

Mübahisəli cərimələr zamanı – Nə etməli?

Azərbaycanda bəzi sürücülərin üzləşdiyi ən ciddi problemlərdən biri də mübahisəli cərimələrdir. Bununla əlaqədar İTV sujet hazırlayıb. Belə sürücülərdən biri də…
Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış üç sazişi təsdiqlədi

Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış üç sazişi təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikası ilə müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan üç ikitərəfli sazişi təsdiqləyib. Sənədlər “Resmi Gazete”də…
“Bununla heç bir alim ailə dolandıra bilməz” – Maaşını açıqladı

“Bununla heç bir alim ailə dolandıra bilməz” – Maaşını…

“Əməkhaqqı məsələsi ən ciddi problemdir. Məsələn, mənim aylıq əməkhaqqım 1370 manatdır, digərlərinin əməkhaqqı 600-900 manatdır”. Proses.az xəbər verir ki, bunu…
“Tarqovıy”da piyadaların arasında “Prius” sürdülər – VİDEO

“Tarqovıy”da piyadaların arasında “Prius” sürdülər – VİDEO

Sosial şəbəkələrdə yayılan görüntülər müzakirələrə səbəb olub. Milli.Az bildirir ki, şəhərin mərkəzində, “Tarqovıy” adlanan ərazidə “Prius” görənlər mobil telefonla onu…
Bakıda Zelenskinin oxşarı tapıldı – VİDEO

Bakıda Zelenskinin oxşarı tapıldı – VİDEO

Bakıda çəkilən kadrlar maraq doğurub. Zelenskiyə bənzəyən şəxsin Bakıda peyda olması müzakirələrə səbəb olub. Təkcə siması yox, geyimi ilə də…
Aygün Səmədzadəyə vəzifə verildi

Aygün Səmədzadəyə vəzifə verildi

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasına yeni direktor təyinatı olub. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, mədəniyyət naziri…
Corablarında 40 min dollarla tutulmuşdu – Azadlığa buraxıldı

Corablarında 40 min dollarla tutulmuşdu – Azadlığa buraxıldı

Gürcüstan vətəndaşı olan yük avtomobili sürücüsü “Qırmızı Körpü” gömrük postunda 60 min ABŞ dollarını qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirmək istəyərkən…
Bu qan qrupundan olanlara XƏBƏRDARLIQ

Bu qan qrupundan olanlara XƏBƏRDARLIQ

Yeni araşdırmaya görə, AB qan qrupu olan insanların “Alzheimer” xəstəliyinə tutulma riski digər qan qruplarına sahib olanlara nisbətən yüzdə 82…
Məşhur aktyor “Komedixana”dan bu səbəbə gedibmiş – FOTO

Məşhur aktyor “Komedixana”dan bu səbəbə gedibmiş – FOTO

Aktyor Cavidan Novruz “Komedixana”dan növbəti dəfə getməsi haqda sualları cavablandırıb.  Proses.az xəbər verir ki, aktyor bu haqda “Elgizlə izlə”də danışıb. “Azərbaycanda…
Hamının “film çəkirlər” dediyi kameralar bunun üçün imiş – VİDEO

Hamının “film çəkirlər” dediyi kameralar bunun üçün imiş –…

Son günlər paytaxtda nəqliyyat axınının güclü olduğu bir sıra yollarda quraşdırılmış kameralar hərəkət iştirakçılarının marağına səbəb olub. Sosial şəbəkələrdə yayılan…
Eltisini evin mətbəxində əməliyyat edibmiş…

Eltisini evin mətbəxində əməliyyat edibmiş…

Məlum olduğu kimi, Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Səyyad Salahlı plastik əməliyyatlar zamanı baş verən neqativ hallarla…
Elgünün yaralı halda tapıldığı yerdən görüntülər – VİDEO

Elgünün yaralı halda tapıldığı yerdən görüntülər – VİDEO

Xəbər verdiyimiz kimi, mayın 13-nə keçən gecə Gəncə şəhər sakini 18 yaşlı Elgün İbrahimov Məmməd Xələfov küçəsi 115 ünvanında –…
Prezidentləri güldürən sürpriz… – Video

Prezidentləri güldürən sürpriz… – Video

Xəbər verdiyimiz kimi, Albaniyanın paytaxtı Tirana şəhərində “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış mərasimi keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev…
Məşhur “Chailab” restoranı 20 min cərimələnib – Aşpaz köməkçisi şikayət edib

Məşhur “Chailab” restoranı 20 min cərimələnib – Aşpaz köməkçisi…

Bakının məşhur restoranlarından biri olan “Chailab” əmək müqaviləsiz işçi işlətdiyi üçün 20 min manat cərimələnib. Musavat.com-un əldə etdiyi məlumata görə,…