- 06.09.2023 12:45
Vilayət Eyvazov generalı vəzifədən azad etdi
Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Ali Hərbi Məktəbinin rəisi general-mayor İlqar Məmmədov vəzifədən azad edilib.
Proses.az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
İ.Məmmədovun yerinə hələlik təyinat yoxdur.
Qeyd edək ki, Prezidentin sərəncamı ilə 2014-cü ildə general-mayor rütbəsi verilən İ.Məmmədov elə həmin ildən Daxili Qoşunları Ali Hərbi Məktəbinin rəisi vəzifəsini tuturdu.