• 08.09.2023 16:26

“Bu cinayət işində şəxsi həyata aid məsələlər, yazışmalar var”

“Bu cinayət işində şəxsi həyata aid məsələlər, yazışmalar var”

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə sambo üzrə məşqçi Mehman Xəlilovun məhkəməsi başlayıb.

Musavat.com xəbər verir ki, o, Sumqayıtdakı məktəblərdən birinin idman zalında məşq vaxtı 7 yaşlı Fərid Bakarovu döyüb öldürməkdə ittiham olunur.

Məhkəmədə zərərçəkmişin hüquqi varisi qismində uşağın anası Aynurə Məlikova tanınıb. Ana məhkəmədə tələb edib ki, proses qapalı keçirilsin.

“Bu, onunla mənim aramda olan məsələdir. Nə söhbətlər olubsa da, onunla mənim aramdadır, özümüz bilirik. Şou yaradılmasını istəmirəm. O biri oğlum məktəbə gedir”, – Aynurə Məlikova məhkəmənin qapalı keçirilməsi haqda tələbini belə əsaslandırıb.

Məşqçi Mehman Xəlilovun vəkili Anar Qasımlı isə bildirib ki, məhkəmə prosesinin açıq və ya qapalı keçirilməsi onlar üçün o qədər fərq eləmir. Hərçənd, bir sıra həqiqətlərin ictimaiyyətə çatdırılması baxımından açıq keçirilməsində daha çox maraqlıdırlar:

“İdman zalından görüntünün yayılması cəmiyyətdə hüquqlarını müdafiə etdiyim şəxsə qarşı xüsusi qəzəb yaratdı. Bu da sonda ona çox ağır ittihamlar verilməsilə nəticələndi. Halbuki, işdə başqa məqamlar var və onlar təqsirləndirilən şəxsin xeyrinə yozula bilər…”

Hakimlər öz aralarında müzakirə edəndən sonra bu iş üzrə məhkəmə araşdırmalarını qapalı keçirmək qərarına gəliblər.

“Bu cinayət işində şəxsi həyata aid, ailə sirri hesab olunan məsələlər, yazışmalar var. Ona görə hesab edirik ki, məhkəmə istintaqının qapalı keçirilməsi məqsədəuyğundur”, – hakim Fəhmin Hümbətov qərarı belə əsaslandırıb.

Xatırladaq ki, azyaşlının ölümü ilə nəticələnən hadisə bu il aprelin 29-da baş verib. Məşq zamanı ağır xəsarətlər alan Fərid Bakarov Sumqayıtdakı uşaq xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisədən sonra sosial şəbəkələrdə videogörüntülər yayılıb. Həmin görüntülərdə məşqçi azyaşlını başından tutub, idman döşəyinin üstünə tullayır və s.

İstintaqın əvvəlində Mehman Xəlilova qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən bədənə ağır xəsarət yetirmə, ölümə səbəb olduqda) maddəsilə ittiham irəli sürülsə də, sonda ittiham ağırlaşdırılıb. O, hazırda CM-in 120.2.4 və 120.2.9-cu (xüsusi amansızlıqla və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə qəsdən adamı öldürmə) maddələrilə mühakimə olunur. Bu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Mehman Xəlilov ittihamı qəbul etmir, qəsdən adam öldürmədiyini deyir. O, uşağı öldürmək niyyətinin olmadığını, ehtiyatsızlıqdan bu hadisənin baş verdiyini bildirir.

DİGƏR XƏBƏRLƏR

Aslan Əliyevin işi çətinləşir – Çirkli pullar məsələsi…

Aslan Əliyevin işi çətinləşir – Çirkli pullar məsələsi…

“Şəmkir Un-Yem” MMC-nin 2 milyon manatdan çox yeyintidə ittiham olunan direktoru Aslan Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. “Qafqazinfo”nun əldə…
Tovuzda bayram günü ailə faciəsi

Tovuzda bayram günü ailə faciəsi

Tovuzda 31 yaşlı Kainat Namazov 25 yaşlı bacısı A. Namazova və anası Sevinc Həsənovaya balta ilə müxtəlif dərəcəli bədən xəsarətləri…
Dəhşətli qəzada ölənlərin biri PTX-nin əməkdaşı imiş – FOTO

Dəhşətli qəzada ölənlərin biri PTX-nin əməkdaşı imiş – FOTO

İyunun 5-i gecə saatlarında Qazax rayonu Əskipara kəndi ərazisində baş verən qəzada ölən 4 nəfərdən biri Prezidentin Təhlükəsizlik Xidmətində xidmət…
Tərlan Novruzov vəfat etdi – FOTO

Tərlan Novruzov vəfat etdi – FOTO

Professor Tərlan Novruzov 78 yaşında dünyasını dəyişib. Bu barədə ölkə.az-a onun yaxınları məlumat verib. Bildirilir ki, mərhum uzun müddət xəstəlikdən…
Bank kartlarından daha 8 min manat oğulandı

Bank kartlarından daha 8 min manat oğulandı

Bank kartı məlumatlarının naməlum şəxslərə verilməsi oğurluq riski yaradır. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Nazirlik vətəndaşlara müraciət edərək…
Tanınmış aktrisanı gənə dişlədi, xəstəxanaya yatırıldı – FOTO

Tanınmış aktrisanı gənə dişlədi, xəstəxanaya yatırıldı – FOTO

Aktrisa Pelin Akilin qolunu gənə dişləyib, o isə paraziti özü çıxarmağa çalışıb və qolunda gənənin bir hissəsi qalıb. Milli.Az xəbər…
Bu şəxslər qurban kəsə bilməz – AÇIQLAMA

Bu şəxslər qurban kəsə bilməz – AÇIQLAMA

Artıq sabah Azərbaycanda və bütün müsəlman ölkələrində Qurban bayramı qeyd ediləcək. Bəs, kimlərə qurban kəsmək olmaz? Hansı şərtlərə əməl olunmalıdır?…
“Kişi ciddi, qadın boşboğaz olmalıdır”

“Kişi ciddi, qadın boşboğaz olmalıdır”

Aktrisa Pərvin Abıyeva maraqlı açıqlamalar verib. O, ailə qurmaq mövzusundan danışıb. Həyatında sevdiyi şəxs olduğunu deyən aktrisa saxta toy edən…
Tolikin uşağının anası görün kimdir? – özü açıqladı – VİDEO

Tolikin uşağının anası görün kimdir? – özü açıqladı –…

Tanınmış aparıcı Tarix Əliyev (Tolik) şəxsi həyatı ilə bağlı sosial şəbəkələrdə və mediada yayılan müzakirələrə aydınlıq gətirib. Bir müddət öncə…
“Elçi gedəndə oğluma dedim ki, üzümü qara etmə”

“Elçi gedəndə oğluma dedim ki, üzümü qara etmə”

Müğənni Nadir Qafarzadə açıqlaması ilə diqqət çəkib. O, oğullarının ailə qurmasından danışıb: “Gənclər ailə qurmağa hazır deyillər. Oğlumun ikisi də…
Rəqsanəni “pul yağışı”na tutdular – VİDEO

Rəqsanəni “pul yağışı”na tutdular – VİDEO

Müğənni Rəqsanə İsmayılovanın məclisdə çəkilən görüntüsü diqqət çəkib. Gürcüstan toyunda iştirak edən müğənni sənətçinin oğlunun kirvəsi onu “pul yağışı”na tutub. Pulların…
Əməkdar artisti vəfat etdi – FOTO

Əməkdar artisti vəfat etdi – FOTO

Naxçıvanın Əməkdar artisti vəfat edib. Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Axundov Zöhrab Kəndli oğlu vəfat edib. Qeyd edək ki, o…
Vahid Əliyev Röyanı tənqid etdi: Atan soğan, anan sarımsaq… – FOTO

Vahid Əliyev Röyanı tənqid etdi: Atan soğan, anan sarımsaq……

Lent.az-ın müsahibi Əməkdar artist Vahid Əliyevdir. – Vahid müəllim, xəstəxanadan bir neçə gündür çıxmısız, özünüzü necə hiss edirsiz? – Pis…
Qurban ətindən kabab etmək olarmı? – Çoxlarını maraqlandıran cavab

Qurban ətindən kabab etmək olarmı? – Çoxlarını maraqlandıran cavab

Sabahdan Qurban bayramı başlayır. Proses.az  xəbər verir ki, Hicri-qəməri təqvimlə zilhiccə ayının 10-u, miladi tarixlə 6 iyun Qurban bayramı qeyd…
Faciəvi şəkildə ölən 4 gəncin FOTOSU – yenilənib

Faciəvi şəkildə ölən 4 gəncin FOTOSU – yenilənib

Xəbər verdiyimiz kimi, Baş Dövlət Yol Polisi İdarəsi Qazaxda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Bu barədə…