• 14.09.2023 14:50

“Qondarma “liderlər” revanşa can atsa da, Azərbaycan Ermənistanla sülhün tərəfdarıdır” – Hikmət Hacıyev

“Qondarma “liderlər” revanşa can atsa da, Azərbaycan Ermənistanla sülhün tərəfdarıdır” – Hikmət Hacıyev

“Azərbaycanlılar sülh istəyir. Biz bərpa, barışıq və nə vaxtsa mümkün olarsa, qonşularımızla dostluq istəyirik”. 

Proses.az xəbər verir ki, bu, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Politico” nəşrindən dərc olunan məqaləsində bildirilib.

Qarabağ 30 il ərzində qonşu Ermənistanın işğalı altında olub.1990-cı illərin əvvəllərində 1 milyona yaxın azərbaycanlının öz torpaqlarından etnik təmizlənməyə məruz qaldığı amansız müharibədən sonra işğalçı Ermənistan silahlı qüvvələri bu ərazinin minlərlə kvadrat metrini minalayıblar. Orada, Azərbaycanda qalan etnik ermənilərin icması Ermənistanla vahid quru yolu – Laçın yolu ilə əlaqə saxlayırdı”.

 H.Hacıyev vurğulayıb ki, Azərbaycan Qarabağda yaşayanlara etnik mənsubiyyətindən asılı olmayaraq qayğı göstərməlidir:

“Qanunsuzluğun və minaların bu boz zonası üç il əvvələ – Azərbaycan 44 günlük Vətən müharibəsində Qarabağ ərazisinin böyük hissəsini tutana qədər qeyri-qanuni və mübahisəsiz olaraq mövcud idi. Hüquqi və mənəvi cəhətdən bu boz zolağın qalan hissəsində yaşayan vətəndaşlar Azərbaycan vətəndaşlarıdır – hətta Ermənistanın indiki Baş naziri də Qarabağın Azərbaycanın suveren ərazisi olduğunu açıq şəkildə etiraf edir. Bu həm də o deməkdir ki, Azərbaycan orada yaşayanlara etnik mənsubiyyətindən asılı olmayaraq qayğı göstərməlidir”.

 Dövlət rəsmisi Azərbaycan hökümətinin etdiklərinin xarici mediada yanlış əks etdirildiyini da əlavə edib: 

“Azərbaycan hökuməti dəfələrlə Qarabağ ermənilərini Laçından daha yaxın və sürətli keçidi təmin edən yollarla ərzaq, dərman və daha çox şeylə təmin etməyi təklif edib. Azərbaycanın təklif etdiyi quru marşrutları Avropa İttifaqı, ABŞ və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən həyat qabiliyyətli və istifadəyə yararlı kimi qəbul edilir və məhz bu həftə ABŞ-nin dövlət katibi Entoni Blinken hər iki dəhlizin dərhal və eyni vaxtda açılmasına çağırıb. Amma beynəlxalq mediada yazılanlar isə başqadır.

Ermənistanın Azərbaycanda yaşayan etnik erməniləri vahid monoetnik marşrutla təmin etməsi fikri beynəlxalq ictimaiyyət və media üçün nədənsə məqbuldur.Bizə deyilənə görə, bu onunla bağlıdır ki, bu münaqişə digərlərindən fərqlənir və ermənilər tarixi səbəblərdən azərbaycanlılarla birgə yaşaya bilməzlər. Lakin tarix və reallıq bizə əksini öyrədib – bu, sadəcə yanlışdır.

1990-cı illərin müharibəsinə qədər Qarabağda azərbaycanlılarla etnik ermənilər birlikdə, yan-yana, sülh şəraitində yaşayırdılar. Bu gün Azərbaycanda 30 min nəfərlik yəhudi icması yaşayır. Yevangelist xristian icması böyüyür.Gürcülər, ruslar, ukraynalılar hamısı bugünkü çoxmillətli və çoxkonfessiyalı ölkəni təşkil edir. Bu, Qarabağ ermənilərinə də şamil edilə bilər və bu belə də olmalıdır”.

Prezidentin sözçüsü Ermənistanın daxilində vəziyyətin dəyişməsini istəməyən güclü qüvvələr olduğunu qeyd edib: 

“Ancaq Ermənistanın daxilində bu vəziyyətin dəyişməsini və yaxud bu tarixin üstünün tam açılmasını istəməyən güclü qüvvələr var. Onilliklər ərzində ölkə rəhbərliyi Ermənistandakı ermənilərdən deyil, Qarabağdakı separatçı rejimin başında duran “siyasətçilərdən” formalaşıb.

Bu gün bu qondarma “liderlər” revanşa can atır. Azərbaycan və Ermənistanın təklif etdiyi sülh sazişi onlar üçün qəbuledilməzdir. Qonşu Azərbaycanla ticarət erməni xalqının vəziyyətini yaxşılaşdıra bilər, lakin bu liderlərin mövcudluğunu lazımsız edər. Bu siyasətçilər hakimiyyəti qoruyub-saxlamaq uğrunda mübarizədə Azərbaycanın tədarük marşrutu kimi təklif etdiyi yolları bloklayaraq bağlamağa çalışırlar. Bu “milliyyətçilər”in öz ölkələrinə və bütün regiona yaşatdıqları ağrı-acını son nəsli nisbətən sülh içində yaşayan qərb insanının tam başa düşməsi çətindir”.

H.Hacıyev sonda bir daha vurğulayıb ki, Azərbaycan sülh tərəfdarıdır: 

“Mənim ofisimdə Ermənistanda anadan olan və böyüyən azərbaycanılar çalışır; 30 il bundan əvvəl müharibə başlayanda onlar ölkəni tərk etmək məcburiyyətində qalıblar. Hər birimizin tanıdığı və müharibə zamanı Qarabağı tərk edərək məcburi köçkün kimi yaşamaq məcburiyyətində qalan kimlərisə – qardaşı, bacısı, əmisi/dayısı/bibisi/xalası uşağı, dostu, həmkarı var. Bütün bu dağılan həyatlar, bütün bu ağrı, bütün bunlar bugünkü monoetnik Ermənistanın yaradılması və Qarabağda monoetnik “boz zona”nın dəstəklənməsi uğrundadır.Lakin belə davam edə bilməz.

Azərbaycanlılar sülh istəyir. Biz bərpa, barışıq və nə vaxtsa mümkün olarsa, qonşularımızla dostluq istəyirik. Əksini iddia edən hekayələr sülhə və razılaşma əldə etməyə kömək etmir. Bundan başqa, onları yaymaqda məqsəd bunun tam ziddidir – bu ağrılı və həssas məsələni həll etmək üçün hər iki tərəfdən danışıqlar aparanları daha da uzaqlaşdırmaq məqsədi daşıyır.

Burada prinsipial deyil, siyasi və ya şəxsi mənfəət üçün hərəkət edilir. Bu daha çox Ermənistanın özünün siyasətidir”.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…