• 14.09.2023 15:22

Bakıda məşhur həkimin icarəyə verdiyi hotel əxlaqsızlıq yuvası imiş (FOTO)

Bakıda məşhur həkimin icarəyə verdiyi hotel əxlaqsızlıq yuvası imiş (FOTO)
DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi Bakı şəhəri, Türkan qəsəbəsi, Üzümçülük sovxozunda yerləşən “Santafe Beach” hoteldə əməliyyat keçirib.
Qaynarinfo-nun məlumatına görə, “Santafe Beach” hotelinin icarədarı, 1977-ci ildə Göyçay rayonunda doğulmuş Gürcüstan Respublikası vətəndaşı Fəqan Salmanov saxlanılıb.
Aparılan araşdırma zamanı Fəqan Salmanovun 19 iyul 2018-ci il tarixdə icarəyə götürdüyü hoteldə otaqları çarpayı və yataq dəsti ilə təchiz edib, bundan sonra şəxsiyyəti istintaqa məlum olan və olmayan qadınların burda fahişəliklə məşğul olmasına şərait yaradıb. Bunun müqabilində hər müştəridən 20 manat məbləğində pul almaqla ödənişli əsaslarla fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil edib.
Fəqan Salmanov məhkəmədə ifadəsində bildrib ki, hoteli Kənan Əhmədovdan icarəyə götürüb. O, həmçinin deyib ki, Kənan Əhmədovun sahibi olduğu digər obyekti – otelin altında yerləşən “Texas” gecə klubunu da icarəyə götürərək işlədib.
Təqsirləndirilən şəxs “Texas”ı icarəyə götürdükdən sonra qərara gəlib ki, klubda tanış olan kişi və qadınlara oteldə cinsi əlaqədə olmaları üçün şərait yaradıb. Bu yolla yaxşı qazanc əldə edə biləcəyini düşünüb. Gecə klubundan kənar müştərilər də otelə gəlib, onlara da “xidmət” göstərilib. O, 2018-ci ilin iyul ayından 2023-cü ilin fevral ayına kimi otelin otaqlarını müştərilərə 3-4 saat üçün 20 manata icarəyə verib.
Elnarə adlı qadın ifadə verərək bildirib ki, Fəqan Salmanovu təxminən 2023-cü ilin yanvar ayından tanıyıb. Yanvar ayının əvvəllərində hazırda tanımadığı tanışları ilə birlikdə olduğu zaman həmin şəxslər bildirib ki, Türkan qəsəbəsində “Texas” adlı gecə klubu var və oraya yaxşı, imkanlı müştərilər gəlir. Həmçinin elə gecə klubun üzərində də “Santafe Beach” adlı otel vardır. Otelin sahibi həmin klubda tanış olan qadın və kişilərə oteldə cinsi əlaqədə olmaları üçün yaxşı şərait yaradır. Bundan sonra o, qərara gəlib ki, həmin kluba gedib orada tanış olduğu müştərilərlə elə həmin oteldə görüşsün. O, həmin klubda Türkan adlı qadınla tanış olub və aralarında yaxşı münasibət yaranıb. Türkan da onun kimi fahişəliklə məşğul olub. Məhkəmədə fahişəliklə məşğul olan digər qadınlar da oxşar ifadələr veriblər.
Məhkəmənin qərarı ilə Fəqan Salmanov Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə təqsirli bilinib və 2 il müddətinə ictimai və iaşə obyektlərinin fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə, 3500 manat miqdarında cərimə olunub. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, 2016-cı ildə də sözügedən oteldə əməliyyat keçirilib. Hotelin sahibi Kənan Əhmədovun Bakı və Abşeronda da digər bu kimi obyektləri var. Həkim-uroloq kimi tanınan Kənan Əhmədov həmçinin “Cahargah” hotelin də sahibidir.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…