• 30.09.2023 11:17

Gəncləri “udan” “Mavi Balina” – SENSASİON FAKTLAR

Gəncləri “udan” “Mavi Balina” – SENSASİON FAKTLAR

Son günlər Xırdalan şəhərində ard-arda baş verən yeniyetmə qızların intiharı hadisəsi özündə bir çox suallar yaratdı. Sosial şəbəkələrdə bu intihar hadisələri ilə bağlı müxtəlif iddialar irəli sürülür. Onu da qeyd edək ki hüquq muhafizə orqanları baş vermiş hadisələrə dərhal operativ reaksiya verdi, xüsusi istintaq qrupu baş vermiş hadisələrin istintaqını aparmaqla məşğuldur. Yəqin ki, ən qısa zamanda hadisələrin başvermə səbəbi ilə bağlı cəmiyyətə ətraflı məlumat veriləcək.

PROSES.AZ diqqətə çatdırır ki, bu qəbildən olan hadisələr əvvəlki illərdə də baş verib. 2019-cu il iyunun 19-da Şəki rayonunun Oxut kənd sakini, 2005-ci il təvəllüdlü Elgün Kəmran oğlu Məmmədli, 2017-ci il oktyabrın 15-də Şamaxının Xilmilli kəndində 16 yaşlı gənc, 2017-ci ilin dekabrın 4-də Ağdaş rayonu Nehrəxəlilli kənd sakini, 7-ci sinif şagirdi İsmayıl Adıgözəlov 2018-ci il iyunun 25-də Tovuz rayonunun Əlimərdanlı kənd sakini, 2004-cü il təvəllüdlü Heydər Mahmud oğlu Yusifov, 2019-cu il fevralın 9-da Kürdəxanı qəsəbəsində 16 yaşlı Əli Quluzadə və sair gənclər öz həyatlarına qıyaraq intihar etmişdilər. Bu gəncləri birləşdirən səbəb təkcə intiharla həyatlarına son verməsi deyil. Həm də onların intihar səbəbləri eynidir – “Mavi Balina” oyunu. İntihar edən yeniyetmələrin hər birinin ölümündən sonra yaxınlarının və ətrafında olan tanışların verdiyi məlumatdan aydın olur ki, bu yeniyetmələr “Mavi Balina” oyununun istifadəçiləri olub və sonda isə qurbana çevriliblər.

Bəs “Mavi Balina” oyunu nədir?

Qeyri-rəsmi məlumatlara əsasən, “Mavi balina”nı daha çox 9-15 yaşlı uşaq və yeniyetmələr oynayır. Bu oyunu oynadıqdan sonra intihara sürüklənən şəxslərlə bağlı statistik göstəricilər “Mavi balina”ya daha çox yuxarıda qeyd olunan yaşda olan şəxslərin maraq göstərdiyini təsdiqləyir.

Oyun 50 təlimatdan ibarətdir. “Mavi balina” ilk dəfə 2013-cü ildə “VKontakte” sosial şəbəkəsində “ölüm qrupu” adlı bir qrup vasitəsilə yayılmağa başlayıb. Məqsədi gəncləri cəlb etmək olub. “Mavi balina” oynayanlara ilk mərhələdə yüngül işlər tapşırılır, sonra getdikcə tapşırıqlar çətinləşir. Sonuncu göstəriş isə intiharla bağlı olur. Bu oyun səbəbindən ilk intihar 2015-ci ildə reallaşıb. Dünyanın bəzi ölkələrində bu səbəblərə görə həmin oyunların istifadəsi qadağandır.

Heç şübhəsiz ki son günlər baş verən intihar hadisələrinin də yaratdığı bulanıqlıq durulduqdan sonra altından “Mavi Balina” çıxacaq.

Bəs biz nə etməliyik?

Növbəti belə qurbanların bizim yaxınımızın olmaması, qurbana çevrilməmək üçün nə etməliyik. İlk olaraq onu qeyd edək ki, yeniyetmələrlə valideyinlər mütəmadi söhbət etməli, həmçinin yeniyetmələrin sosial şəbəkədən istifadələri də müəyyən çərçivədə valideyinləri tərəfindən nəzarətdə saxlanılmalı, zərərli tətbiqlərdən və oyundan istifadə etməmələri üçün nəzarət edilməlidir. Eyni zamanda bu sadaladıqlarımız məktəbdə müəllimlər tərəfindən də nəzarətdə saxlanılmalı, şagirdin hər hansı qeyri-adekvat hərəkəti olduğu halda valideynlərinə, lazım gəldikdə isə, hüquq muhafizə orqanlarına məlumat verilməlidir.

Unutmayaq ki, uşaqlar bizim gələcəyimizdir. Sağlam gənclərin formalaşması öz əlimizdədir. Sağlam gənclik sağlam gələcək, güclü dövlət deməkdir. Gələcəkdə daha da sağlam və güclü dövlət olmaq üçün bu günkü gəncliyimizin həm psixoloji, həm mənəvi, həm də fiziki sağlamlığına önəm verməliyik.

Bir məsələni də xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycan hüquq muhafizə orqanlarının əməyi nəticəsində son illər ölkəmizdə baş verən cinayət hadisələrinin sayı əhəmiyyətli dərəcədə azalıb. Baş verən cinayət hadisələri dərhal isti izlərlə aşkarlanır. Bu bir daha onu göstərir ki Azərbaycan hüquq muhafizə orqanları öz işinin peşəkarıdır. Dövlətin və xalqın keşiyində daim ayıq-sayıq dayanan hüquq muhafizə orqanları bir-biri ilə sıx əməkdaşlıq formasında fəaliyyət göstərir. Bu fəaliyyətin nəticəsidir ki bu gün ölkədə sabitlik və əmin-amanlıq hökm sürür.

PROSES.AZ

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…