PROSES.AZ

XƏBƏR SAYTI

Day: İyul 1, 2022

Sosial şəbəkədə Azərbaycan-Türkiyə və Azərbaycan-İran arasında quru sərhədin bağlanması ilə bağlı məlumat yayılıb. Bildirilir ki, vətəndaşlar Naxçıvan MR ərazisində Sədərək və Culfa gömrük-sərhəd buraxılış məntəqələrindən qonşu ölkələrə keçə bilmirlər. Bu iddiaların nə qədər doğru olmasını dəqiqləşdirmək məqsədilə Dövlət Sərhəd Xidmətinə sorğu göndərdik. Qurumdan BAKU.WS-ə bildirildi ki, sərhədlər, həqiqətən, bağlıdır: “Dövlət Sərhədi Xidməti tərəfindən hazırda vətəndaşların sərhəd buraxılış məntəqələrində dövlət sərhədindən buraxılışı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 iyun 2022-ci il tarixli 232 nömrəli qərarına müvafiq olaraq müəyyən etdiyi qaydalara uyğun həyata keçirilir. Bu vəziyyət 1 sentyabr tarixinə qədər qüvvədədir”. İran İslam Respublikasının Azərbaycandakı səfirliyindən isə BAKU.WS-ə məlumat verilib ki, ictimaiyyətin sorğularına və medianın suallarına cavab olaraq sosial şəbəkələrdə İran İslam Respublikasının quru sərhədlərini iki ay müddətinə bağlaması ilə bağlı yayılan xəbəri təkzib edirik və bildiririk ki, ötən ilin noyabr ayından etibarən İranın bütün quru, hava və dəniz sərhədləri beynəlxalq turistlər və qonşu dövlətlər, xüsusən də İran və Azərbaycan sərhədləri, eləcə də İran və Naxçıvan Muxtar Respublikasının sərhədləri üçün açıqdır və İran İslam Respublikasından beynəlxalq turistlərin və qonşu ölkələrin vətəndaşlarının ölkəyə giriş-çıxışı üçün heç bir məhdudiyyət yoxdur.

XƏBƏR GÖNDƏR
Siz də, şahidi olduğunuz və ya əldə etdiyiniz xəbərləri bizə göndərə bilərsiniz.