PROSES.AZ

XƏBƏR SAYTI

“İlk nüvə zərbəsini endirə bilərik” – Rusiyadan ŞOK MESAJ

“Ölkənin mövcudluğu üçün real təhlükə yaranarsa, Rusiya nüvə silahından istifadə edə bilər”.

Proses.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Duması Müdafiə Komitəsi sədrinin müavini Aleksey Juravlyov deyib.

“Rusiya ilk nüvə zərbəsini endirə bilər. Bu, Rusiya Federasiyasının mövcudluğuna təhlükə yaranarsa baş verəcək”, – deputat bildirib.

Juravlyov həmçinin ABŞ-a qarşı ittihamlar səsləndirərək, onun Üçüncü Dünya Müharibəsinin başlaması üçün hər şeyi etdiyini iddia edib:

“Amerikalılar nüvə silahının işə düşməsinə səbəb olmağa, bütün Avropanı Rusiya ilə müharibəyə cəlb etməyə və Asiyada aranı qatmağa çalışacaqlar”.

 104 ümumi baxış sayı,  2 bu günkü baxış sayı

Paylaşın
XƏBƏR GÖNDƏR
Siz də, şahidi olduğunuz və ya əldə etdiyiniz xəbərləri bizə göndərə bilərsiniz.