PROSES.AZ

XƏBƏR SAYTI

Arye Qut vəfat etdi

Azərbaycanın dostu, tanınmış yəhudi ekspert Arye Qut dünyasını dəyişib.

Proses.az xəbər verir ki, o, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib.

A. Qut 1975-ci ildə Bakıda anadan olub.

A.Qut həm İsrail, həm Azərbaycan mətbuatı ilə fəal şəkildə əməkdaşlıq edib. O, Türkiyə  -İsrail münasibətləri, İsrail – Azərbaycan strateji tərəfdaşlığı, Cənubi Qafqazda geosiyasi vəziyyət, eləcə də Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı 700-dən artıq analitik məqalələrin müəllifidir.

Eyni zamanda İsraildə Azərbaycan diasporunun fəal nümayəndələrindən biri olub. O, İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının başçısı olub. Vaxtı ilə “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasının idarə heyətinin üzvü və təşkilatın mətbuat katibi olub. Bununla yanaşı o, İsrail dövlətində “Justice for Khojaly” beynəlxalq kampaniyasınin rəsmi əlaqələndiricisidir.

2016-cı ildən A. Qut Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri kimi fəaliyyət göstərib.

Allah rəhmət eləsin!





 898 baxış sayı

Paylaşın
XƏBƏR GÖNDƏR
Siz də, şahidi olduğunuz və ya əldə etdiyiniz xəbərləri bizə göndərə bilərsiniz.