PROSES.AZ

XƏBƏR SAYTI

Vilayət Eyvazovdan yeni TƏYİNAT

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Proses.az Report-a istinadla xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Elçin Teymurov Astara Rayon Polis Şöbəsinin (RPŞ) Cinayət Axtarış Bölməsinə rəis təyin edilib.

Qeyd edək ki, E.Teymurov bu təyinatadək Zaqatala RPŞ-də İctimai Təhlükəsizlik Bölməsinin rəisi vəzifəsində çalışıb.

 2,537 baxış sayı

Paylaşın
XƏBƏR GÖNDƏR
Siz də, şahidi olduğunuz və ya əldə etdiyiniz xəbərləri bizə göndərə bilərsiniz.