“Fransada ermənilərin güclü lobbisi var. Belçika və ABŞ-da ola bilər. Avropanın bir çox yerlərinə səpələniblər və çox aktivdirlər. Bizim səfirin yazdığının ciddi əsası var. Bu, çox ciddi mesajdır”.

Proses.az xəbər verir ki, bu sözləri “ARB24″ə açıqlamasında millət vəkili Nigar Arpadarai bildirib

“Fransada məlum hadisələr baş verdikdən sonra bu ölkənin səfiri Xarici İşlər nazirliyinə çağrılmışdı. Ona etiraz məktubu da təqdim olunmuşdu. Konvensiyanın müddəaları onun diqqətinə çatdırılmışdı”, – deyə millət vəkili əlavə edib.