PROSES.AZ

XƏBƏR SAYTI

Dekabrda Ağalıya yeni köç olacaq – Prezidentin xüsusi nümayəndəsi AÇIQLADI

“Zəngilan rayonunun Ağalı kəndində – “Ağıllı kənd”də İqtisadiyyat Nazirliyinin dəstəyi ilə istehsal sahəsi yaradılıb, işləmək qabiliyyəti olan əksər şəxslərin məşğulluğu təmin edilib”.

Proses.az xəbər verir ki, bunu Bakıda keçirilən “Şəhərlərin və kənd yerlərinin inkişafına innovativ yanaşma: ağıllı şəhər və kəndlər” mövzusunda beynəlxalq konfransda Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.

O bildirib ki, “Ağıllı kənd”də ümumilikdə 210 evin tikintisi nəzərdə tutulub:

“Artıq 87 evin tikintisi başa çatıb, 113 evin tikintisi isə davam etdirilir. Dekabrda növbəti qrup sakin kəndə köçəcək”.

Bundan başqa, onun sözlərinə görə, hazırda Ağalıda internetin ən aşağı sürəti 100 mb/s-dir, bəzən isə sürət 400 mb/s-yə çatır.

“Ağalıda tez-tez ağacəkmə aksiyaları həyata keçirilir və bu günə qədər kənddə azı 10 min ağac əkilib”, – V.Hacıyev əlavə edib.

 72 baxış sayı

Paylaşın
XƏBƏR GÖNDƏR
Siz də, şahidi olduğunuz və ya əldə etdiyiniz xəbərləri bizə göndərə bilərsiniz.