PROSES.AZ

XƏBƏR SAYTI

AZƏRTAC-la bağlı cinayət işi başlanılıb? – Baş Prokurorluqdan açıqlama

Sosial şəbəkələrdə və bir sıra KİV-lərdə Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə bağlı cinayət işi başladıldığına dair iddialar yayılıb.

İddialarla bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən cavab olaraq bildirilib ki, iddialar həqiqəti əks etdirmir.

Qeyd edək ki, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov 2 gün öncə vəzifəsindən azad olunub. Daha sonra bir sıra media qurumlarında onun korrupsiya əməllərinə görə işdən çıxarıldığına dair iddialar yayılıb.

71 yaşlı Aslan Aslanov 2002-ci ildə AZƏRTAC-ın baş direktoru, 2018-ci il martın 15-də isə İdarə Heyətinin sədri idi.

 78 baxış sayı

Paylaşın
XƏBƏR GÖNDƏR
Siz də, şahidi olduğunuz və ya əldə etdiyiniz xəbərləri bizə göndərə bilərsiniz.