PROSES.AZ

XƏBƏR SAYTI

Yeni sədr Cavid Qurbanovun kadrını işdən çıxardı

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yeni sədri Rövşən Rüstəmov adıçəkilən qurumda kadr dəyişikliklərinə başlayıb.

Proses.az “manset.az”a istinadən xəbər verir ki, R.Rüstəmovun müvafiq əmri ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur departamentinin rəisi Mehman Əhmədov tutduğu vəzifədən azad olunub. Onun yerinə isə Elçin Zülfüqarov təyin edilib.

Qeyd edək ki, Mehman Əhmədov “Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq sədri Cavid Qurbanovun yaxın kadrlarından olub.

 58 baxış sayı

Paylaşın
XƏBƏR GÖNDƏR
Siz də, şahidi olduğunuz və ya əldə etdiyiniz xəbərləri bizə göndərə bilərsiniz.