PROSES.AZ

XƏBƏR SAYTI

Prezidentin yeni köməkçisi kimdir? – DOSYE

Andrey Vladimiroviç Sipilin Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri təyin edilib.

Proses.az Andrey Vladimiroviç Sipilinin bioqrafiyasını təqdim edir.

O, 1995-1999-cu illərdə Heydər Əliyev adına Siyasi Elmlər Akademiyasında, 2000-2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində, 2000-2004-cü illərdə isə Bakı Dövlət Universitetində təhsil alıb. Bakı Dövlət Universitetində hüquq, Azərbaycan Dövlət İqtisad Universitetində isə biznes idarəetməsi və audit ixtisası üzrə oxuyub.

2001-ci ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb. 2004-2006-cı illərdə isə  “McDermott Caspian Contractors Inc” şirkətində müxtəlif vəzifələrdə işləyib. Daha sonra “PAŞA İnşaat” MMC-də İnsan Resursları və İdarəetmə departamentinin direktoru vəzifəsində fəaliyyət göstərib.

Qeyd edək ki, Andrey Vladimiroviç Sipilin həm də Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi vəzifəsində çalışıb.

 60 baxış sayı

Paylaşın
XƏBƏR GÖNDƏR
Siz də, şahidi olduğunuz və ya əldə etdiyiniz xəbərləri bizə göndərə bilərsiniz.