PROSES.AZ

XƏBƏR SAYTI

Kəmaləddin Heydərov federasiya rəhbərliyindən ayrılır

Daha bir idman federasiyasında Hesabat-Seçki Konfransı keçiriləcək.

Proses.az “oxu.az”-a istinadən xəbər verir ki, sabah Azərbaycan Taekvondo Federasiyasında yeni prezident seçiləcək.

Ənənəvi olaraq tədbir Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutacaq.

Qeyd edək ki, Azərbaycan Taekvondo Federasiyasının hazırkı prezidenti fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. O, 1999-cu ildən bu federasiyanın prezidentidir. Nazir həm də Boks Federasiyasının prezidenti olduğundan, o bu vəzifəsini təhvil verəcək.

 132 ümumi baxış sayı,  10 bu günkü baxış sayı

Paylaşın
XƏBƏR GÖNDƏR
Siz də, şahidi olduğunuz və ya əldə etdiyiniz xəbərləri bizə göndərə bilərsiniz.