PROSES.AZ

XƏBƏR SAYTI

Baş Prokurorluğun Kriminalistika şöbəsinə rəis təyin olunub

Baş Prokurorluqda kadr dəyişikliyi olub.

APA-nın məlumatına görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Baş Prokurorluğun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Orxan Rzayev tutduğu vəzifədən azad edilib və Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin rəisi – idarə rəisinin müavini vəzifəsinə təyin edilib.

Baş Prokurorluğun mətbuat xidməti faktı APA-ya təsdiqləyib.

 30 ümumi baxış sayı,  2 bu günkü baxış sayı

Paylaşın
XƏBƏR GÖNDƏR
Siz də, şahidi olduğunuz və ya əldə etdiyiniz xəbərləri bizə göndərə bilərsiniz.