PROSES.AZ

XƏBƏR SAYTI

İsrail hərbçilərinin açdığı atəş nəticəsində “Al-Jazeera”nın müxbiri ölüb

“Al-Jazeera” telekanalının müxbiri Şirin Əbu Akla işğal altındakı İordan çayının qərb sahilindəki Cenin qaçqın düşərgəsində İsrail əsgərlərinin açdığı atəş nəticəsində ölüb.

Proses.az “Haber Global”a istinadla xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada, 51 yaşlı Aklanın başından ağır yaralandığı və həyatını itirdiyi bildirib.

O, 1997-ci ildən Qətərin “Al-Jazeera” telekanalında işləyir.

Məlumata görə, hərbçilərin açdıqları atəş nəticəsində daha bir neçə jurnalist və digər mülki şəxslər yaralanıb.

 82 ümumi baxış sayı,  2 bu günkü baxış sayı

Paylaşın
XƏBƏR GÖNDƏR
Siz də, şahidi olduğunuz və ya əldə etdiyiniz xəbərləri bizə göndərə bilərsiniz.