Azərbaycan-Gürcüstan sərhədində yük avtomobillərinin sıxlığı müşahidə olunur. Təkcə Azərbaycan tərəfində 600 TIR keçid üçün növbə gözləyir.
Proses.az xəbər verir ki, “Xəzər Xəbər” “Sınıq Körpü” sərhəd-keçid məntəqəsində yaranan sıxlığın səbəblərini araşdırıb.
TIR parklarında günlərlə qalan sürücülər artıq bir aydır ki, bu cür sıxlığın müşahidə olunduğunu bildirirlər.
Gürcüstandan Azərbaycana yükdaşımaların sayının artmasının Ukrayna-Rusiya arasında gedən müharibə səbəbindən olduğu qeyd edilir.
Maşınların sayının kəskin artması nəticəsində ərazidəki TIR parkları tamamilə dolub. Gün ərzində “Sınıq Körpü” sərhəd-keçid məntəqəsində Azərbaycandan 300 TIR-ın keçidi təmin edilir.
Məntəqədən bildirilib ki, əgər Gürcüstan tərəfi TIR və digər yük avtomobillərinin yoxlanması və qeydiyyatını intensivləşdirsə, Azərbaycan tərəfi nəqliyyat vasitələrinin maneəsiz və daha tez keçidini təmin edə bilər.
Hazırda “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququ olan yük avtomobillərinin keçidi isə 24 saat ərzində fasiləsiz təmin olunur. Məntəqədə daha 80 yük avtomobili “Yaşıl dəhliz” vasitəsilə keçid üçün növbə gözləyir.
162 ümumi baxış sayı, 2 bu günkü baxış sayı
SON XƏBƏRLƏR
Nazirlikdən YENİ QADAĞA – Bunlardan istifadə etmək olmaz – VİDEO
| 8:40Əli RaisVəfat etdiyi deyilən tanınmış jurnalistlə bağlı YENİ MƏLUMAT
| 8:30Əli RaisMəşhur cütlük ayrıldı
7 yaşlı daun sindromlu qız məktəbdə öldü
Rəşad Dağlını üzr istəməyə kim məcbur edib?
Uşaqlar arasında yayılan virusla bağlı AÇIQLAMA
Hicablı və hamilə olan müəllimləri imtahandan kəsirlər? – AÇIQLAMA
Ermənistana gedən yüzlərlə avtomobil Yuxarı Larsda gömrükdə qaldı
Bakıda “qırmızı”da keçən sürücü qəza törətdi – ANBAAN VİDEO