PROSES.AZ

XƏBƏR SAYTI

Prezident İlham Əliyev Türkiyəyə səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin şimal-şərqində yerləşən yeni Rizə-Artvin hava limanının açılışında iştirak edəcəklər.

Proses.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata görə, yeni hava limanının açılışı mayın 14-də planlaşdırılır.

Yeni hava limanı Türkiyənin ikinci ən uzun uçuş-enmə zolağına malikdir. Rize-Artvin Hava Limanı Rize şəhərindən 34 km, Hopadan 54 km və Artvindən 125 km məsafədə Bazar rayonunda yerləşir.

Rəsmi açılış mərasimindən sonra Rize-Artvin Hava Limanı fəaliyyətə başlayacaq.

 54 ümumi baxış sayı,  2 bu günkü baxış sayı

Paylaşın
XƏBƏR GÖNDƏR
Siz də, şahidi olduğunuz və ya əldə etdiyiniz xəbərləri bizə göndərə bilərsiniz.