Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sabiq aparat rəhbəri Səfər İmanov axtarışa verilib.
“Qafqazinfo”nun məlumatına görə, onun barəsində Cinayət Məcəlləsinin 178.3.2, 324, 312.1-ci maddələri ilə axtarış elan edilib.
Qeyd edək ki, S.İmanov 2012-ci ildə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaş Eynur Kərimovu icra başçısının müavini vəzifəsinə təyin etdirəcəyi vədi ilə aldadaraq onun 170 min ABŞ dollarını mənimsəyib. Sabiq aparat rəhbəri bu işi Komitənin keçmiş sədri Hicran Hüseynovanın vasitəçiliyi ilə gördüyünü deyib.
Həmin il yayılan iddialara görə, E.Kərimov dəfələrlə pulu geri almaq üçün Hicran Hüseynova və Səfər İmanovla görüşüb. Daha sonra Səfər İmanov ölkədən qaçıb.
S.İmanov E.Kərimovdan 170 min dolları alan zaman ona qəbz verib. Qəbzdə Hicran Hüseynovanın da adı qeyd olunub.

48 ümumi baxış sayı, 12 bu günkü baxış sayı
SON XƏBƏRLƏR
Məşhur cütlük ayrıldı
7 yaşlı daun sindromlu qız məktəbdə öldü
Rəşad Dağlını üzr istəməyə kim məcbur edib?
Uşaqlar arasında yayılan virusla bağlı AÇIQLAMA
Hicablı və hamilə olan müəllimləri imtahandan kəsirlər? – AÇIQLAMA
Ermənistana gedən yüzlərlə avtomobil Yuxarı Larsda gömrükdə qaldı
Bakıda “qırmızı”da keçən sürücü qəza törətdi – ANBAAN VİDEO
Rusiya Finlandiya ilə sərhədə nüvə başlıqlı “İsgəndər”lər yığır – VİDEO
Aygün Kazımova qızı, Röya və Namiqdən danışdı – Fotolar