PROSES.AZ

XƏBƏR SAYTI

Səlim Müslümovun həyat yoldaşının da vəziyyəti ağırdır

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müalicəsi davam edir.

Proses.az xəbər verir ki, bu barədə Unikal-a açıqlamasında sabiq nazirin qardaşı Radim Müslümov məlumat verib.

O, qardaşının vəziyyətinin stabil olaraq qaldığını bildirib:

“Səlimin ürəyinə 3 stent qoyublar. Hələ də xəstəxanadadır. Ev dustaqlığına buraxılsa da, hələ ki Səlimlə görüşə bilməmişəm. Böyük qardaşı olaraq bir dəfə onunla danışmışam, deyib ki, yaxşıdır. Həkimlər də ciddi bir söz demirlər. Ümumiyyətlə, bizim nəsildə ürək-damar xəstəlikləri geniş yayılıb. Həm atam, həm də anam ürək əməliyyatı keçirib. Bir qardaşımız 23 yaşında olarkən ürək xəstəliyindən vəfat edib”, – deyə R.Müslümov bildirib.

Radim Müslümov qardaşı Səlim Müslümovun həyat yoldaşının da ağır xəstə olduğunu deyib:

“Səlimin həyat yoldaşı Nəzakət xanım da bir müddətdir ki, onkoloji xəstəlikdən əziyyət çəkir. O, hazırda Bakıdadır. Xəstəxanada və yaxud evdə müalicə aldığına dair məlumatım yoxdur”, – deyə o əlavə edib.

 90 baxış sayı

Paylaşın
XƏBƏR GÖNDƏR
Siz də, şahidi olduğunuz və ya əldə etdiyiniz xəbərləri bizə göndərə bilərsiniz.