Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi Məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər haqqında” qərar verib.
Proses.az xəbər verir ki, qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 sentyabr saat 06:00-dək uzadılıb.
Müəyyən edilib ki, 2022-ci il iyunun 21-dən etibarən xüsusi karantin rejimi ilə bağlı aşağıdakı məhdudiyyətlər ləğv edilir:
– ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması tələbi;
– şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı məlumatların “icaze.e-gov.az” portalına daxil edilməsi, həmçinin şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə imzalanan iltizamnamə tələbi.
280 baxış sayı
SON XƏBƏRLƏR
Azərbaycanda universitet tələbəsi vəfat edib
Ərzurumda iki minik avtomobili toqquşdu, doqquz nəfər xəsarət aldı – ANBAAN VİDEO
Ermənistan himninə görə kürsünü tərk edən güləşçimizin medalı alındı
Polisə tabe olmayan “KamAZ” sürücüsü həbs edildi – VİDEO
DTX-nin həbs etdiyi gömrükçülər barəsində həbs qətimkan tədbiri seçilib
Bakı sakini oğurlanıb, buraxılması üçün 500 manat tələb olunub
Rusiyada anbarda güclü yanğın – VİDEO
Rusiya iyulun 15-dən quru sərhədini açır
Deputatlara verilən bəzi pul təminatları LƏĞV EDİLDİ