PROSES.AZ

XƏBƏR SAYTI

ƏHALİYƏ ŞAD XƏBƏR: Pensiya və müavinətlər yenidən arta bilər – VİDEO

“Bu gün büdcədə müəyyən profisit yaranmışdı. Bu isə əsasən neft gəlirlərinin artması ilə əlaqədardır. Hazırda bizim valyuta ehtiyatlarımız 2014-cü ilin valyuta ehtiyatlarını ötüb”.

Proses.az xəbər verir ki, bu sözləri “ARB24″də yayımlanan “Gündəm” verilişində qonaq iqtisadçı Eyyub Kərimli bildirib.

O əlavə edib ki, büdcə gəlirlərinin artması qanun layihəsinə əsasən bir neçə istiqamətdə bölüşdürülməsi nəzərdə tutulub: “Bunlar sosial təminat, konflikt dövrünün quruculuq sahəsi, təhlükəsizlik və sahibkarlığın dəstəklənməsidir.

Eyni zamanda sosial həssas insanların pensiya və müavinətlərinin artması da baş verə bilər”.

 338 baxış sayı

Paylaşın
XƏBƏR GÖNDƏR
Siz də, şahidi olduğunuz və ya əldə etdiyiniz xəbərləri bizə göndərə bilərsiniz.