PROSES.AZ

XƏBƏR SAYTI

Putini “psix” adlandıran modelin cəsədi və səsyazısı tapıldı

Rusiya prezidenti Vladimir Putini “psix” adlandıran model Qretta Vedlerlə bağlı sensasion təfərrüatlar ortaya çıxıb.

Sfera.az bildirir ki, cəsədi yoxa çıxandan bir il sonra tapılan model öldürüləcəyindən xəbərdar imiş. Çəkdiyi son videoda videoda o, bunları deyib:

“708 nömrəli otaqdaydım, məni öldürməklə hədələdilər, qışqırdım, amma mənə kömək etmədilər”.

Otel meneceri görüntülərdə anlaşılmaz bir şey dedikdən sonra Qretta ona sevgilisi Dmitri Korovinin gələcək qatilinin olacağını deyib: “Adını yadında saxla – Dmitri Korovin. Dmitri Korovin. Dmitri Korovin…”.

Məlum olub ki, Qretta ölməzdən əvvəl həmin görüntüləri gizli şəkildə lentə alıb və adı açıqlanmayan dostuna göndərib.

Rusiya mətbuatına açıqlama verən həmin şəxs, “Korovinlə bir neçə dəfə görüşdüm. Ondan heç xoşum gəlmirdi. Birincisi, bu şəxsin gözlənilməz, prinsipsiz və təhlükəli olduğu tez bir zamanda aydın oldu. İkincisi, mən tam əminəm ki, o, Qrettanın nə etdiyini bilirdi, onun qazancından istifadə edirdi”, deyə söyləyib. Qrettanın dostlarının dediyinə görə, model tez-tez Korovinin ondan pul istəyəcəyindən və geri qaytarmayacağından şikayətlənib. İddialara görə, Dmitri gənc qadına yüz minlərlə funt-sterlinq borclu olub və ödəməkdən imtina edib.

Qeyd edək ki, 1998-ci il təvəllüdlü Vedler 2021-ci ildə sosial media hesabından Rusiya lideri Vladimir Putini “psix” adlandırıb və bu çıxışı ilə uzun müddət gündəmi zəbt edib. 23 yaşlı model bu ifadədən təxminən bir ay sonra yoxa çıxıb, onun meyiti bir il sonra tapılıb. Məşhur modelin Moskvada otel otağında öldürüldüyü bəlli olub. Onun keçmiş sevgilisi Dmitri Korovin qətldən bir il sonra pul üstündə yaranan mübahisəyə görə Qrettanı boğaraq qətlə yetirdiyini etiraf edib.

 52 baxış sayı

Paylaşın
XƏBƏR GÖNDƏR
Siz də, şahidi olduğunuz və ya əldə etdiyiniz xəbərləri bizə göndərə bilərsiniz.