Azərbaycanda bir neçə vəzifəli şəxs rüşvətə görə həbs edilib.
Bu barədə Proses.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Qurumdan Abşeron rayonu Saray bələdiyyəsinin sədrinin hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasına dair mediadan daxil olmuş sorğulara cavab olaraq bildirilib ki, əvvəl məlumat verildiyi kimi İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin və ayrı-ayrı bələdiyyələrin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı zamanı bir sıra vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin edilmişdir.
İstintaqın hazırkı mərhələsində isə əlavə olaraq qabaqcadan əlbir olan bir qrup şəklində bələdiyyə torpaqlarının satışının həyata keçirilməsi ilə əlaqədar müvafiq rəy verilməsi müqabilində rüşvət almalarına əsaslı şübhələr müəyyən olunan Abşeron rayon Saray bələdiyyəsinin sədri Məhi Həsənov, habelə ƏMDX-nin Xaçmaz ərazi şöbəsinin müdiri Aydın Cəfərov, Qəbələ ərazi şöbəsinin müdiri Baği Məsimov və Sumqayıt şəhər bələdiyyəsinin şöbə müdiri Şıxəli Abbasov 30 iyul 2022-ci il tarixdə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 32.5, 311.3.1 (rüşvət almaqda köməkçilik) və 312.1-ci (rüşvət vermə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda iş üzrə istintaq davam edir.
104 baxış sayı
SON XƏBƏRLƏR
Ermənistan Azərbaycanla sərhəddə 3 buraxılış məntəqəsi açmağı planlaşdırır
FHN əməkdaşlarının intim videolarını yayan polkovnik HƏBS EDİLDİ
Parkda müəmmalı ölüm – Putin əleyhdarı olan iş adamı həyatını itirdi
İşsizlərin NƏZƏRİNƏ! Dövlət boş iş yerlərini açıqladı – 1500 AZN maaş
“Paşinyan yalan danışır, amma o demişdi ki, Azərbaycan…” – ŞOK İDDİA
10 gündür itkin düşən qadının anası kürəkənini İTTİHAM ETDİ: Ya mənim uşağımı öldürüb, ya da… – VİDEO
Ermənilərin PUA-sını endirən hərbçimiz danışdı- VİDEO
General “Qalaaltı”dakı yanğınla bağlı təcili müşavirə keçirdi – FOTOLAR
İntim videolar nə vaxt çəkilib? – Sirlər açıldı – FOTOFAKTLAR