Sosial şəbəkələrdə canlı yayım açan hərbi qulluqçular işdən çıxarılıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları kiçik çavuş Fərəcov Sənan Məhəmməd oğlu və əsgər Bayramlı Yusif Eldar oğlunun Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd olaraq xidmət zamanı smartfon tipli telefonlardan istifadə etmələri və xidmətə aid foto-video görüntüləri şəxsi sosial şəbəkə hesablarında paylaşmaları aşkar edilmişdir.
Kiçik çavuş S.Fərəcov və əsgər Y.Bayramlı xidməti uyğunsuzluğa görə ordu sıralarından çıxarılıb.
Bildiririk ki, ordu mənsublarına yaraşmayan hərəkətlərlə hərbi etika qaydalarını, eləcə də mobil telefonlardan istifadə zamanı nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozan hərbi qulluqçular barəsində bundan sonra da ciddi tədbirlər görüləcəkdir.
4,209 baxış sayı
SON XƏBƏRLƏR
Ermənistan Azərbaycanla sərhəddə 3 buraxılış məntəqəsi açmağı planlaşdırır
FHN əməkdaşlarının intim videolarını yayan polkovnik HƏBS EDİLDİ
Parkda müəmmalı ölüm – Putin əleyhdarı olan iş adamı həyatını itirdi
İşsizlərin NƏZƏRİNƏ! Dövlət boş iş yerlərini açıqladı – 1500 AZN maaş
“Paşinyan yalan danışır, amma o demişdi ki, Azərbaycan…” – ŞOK İDDİA
10 gündür itkin düşən qadının anası kürəkənini İTTİHAM ETDİ: Ya mənim uşağımı öldürüb, ya da… – VİDEO
Ermənilərin PUA-sını endirən hərbçimiz danışdı- VİDEO
General “Qalaaltı”dakı yanğınla bağlı təcili müşavirə keçirdi – FOTOLAR
İntim videolar nə vaxt çəkilib? – Sirlər açıldı – FOTOFAKTLAR