Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qüvvələrinin komandanı İqor Kirillov koronovirusun insan tərəfindən yaradıldığını və ABŞ-ın həyata keçirdiyi layihələr çərçivəsində yayıldığını iddia edib.
Proses.az Teleqraf.com-a istinadən xəbər verir ki, komandan İqor Kirillov bütün dünyaya təsir edən, insan həyatını və qlobal iqtisadiyyatı sarsıdan koronovirus epidemiyasında ABŞ-ı günahlandırıb.
Koronavirus epidemiyasının ortaya çıxmasında ABŞ-ın əli ola biləcəyini iddia edən Kirillov bildirib ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin yeni koronovirusun ortaya çıxmasında rol oynaya biləcəyi ehtimalını qiymətləndiririk: “Agentlik 2009-cu ildən bəri yeni növ koronovirusların tədqiqi ilə məşğul olan “Predict” proqramını maliyyələşdirir. ABŞ-ın “Metabiota” şirkəti də Ukraynada belə tədqiqatlarda iştirak edir.
Kirillov, ABŞ rəsmilərinin daha əvvəl də bu cür araşdırmaları qəbul etdiyini iddia edərək deyib ki, ABŞ rəhbərliyinin dar məqsədli bioloji araşdırmalarını və bu cür açıqlamaları nəzərə alsaq, bizi yeni koronovirus pandemiyasının səbəblərinə və ABŞ hərbi bioloqlarının roluna yenidən baxmağa vadar edir. Koronavirusun yaranması və yayılması da bu aspektdə baş verir”.
154 baxış sayı
SON XƏBƏRLƏR
Ermənistan Azərbaycanla sərhəddə 3 buraxılış məntəqəsi açmağı planlaşdırır
FHN əməkdaşlarının intim videolarını yayan polkovnik HƏBS EDİLDİ
Parkda müəmmalı ölüm – Putin əleyhdarı olan iş adamı həyatını itirdi
İşsizlərin NƏZƏRİNƏ! Dövlət boş iş yerlərini açıqladı – 1500 AZN maaş
“Paşinyan yalan danışır, amma o demişdi ki, Azərbaycan…” – ŞOK İDDİA
10 gündür itkin düşən qadının anası kürəkənini İTTİHAM ETDİ: Ya mənim uşağımı öldürüb, ya da… – VİDEO
Ermənilərin PUA-sını endirən hərbçimiz danışdı- VİDEO
General “Qalaaltı”dakı yanğınla bağlı təcili müşavirə keçirdi – FOTOLAR
İntim videolar nə vaxt çəkilib? – Sirlər açıldı – FOTOFAKTLAR