PROSES.AZ

XƏBƏR SAYTI

Qafanda yaşayan erməni azərbaycanlılara səsləndi: “Ağacların barı-bəhəri də sizinlə gedib” – VİDEO

Zəngəzurun Qafan şəhərinin inzibati ərazisində yerləşən Mahmudlu kəndində yaşayan erməni sovet dövründə kənd sovetinin sədri olmuş Səməd Qarayevə videogörüntü ilə mesaj göndərir.

O, görüntüdə azərbaycanca danışıb. O bildirib ki, ağacların barı-bəhəri də azərbaycanlılarla gedib.

Qeyd edək ki, bu kənd 1949-cu ilə kimi Mahmudlu adlansa da, 1949-cu ildən sonra adı dəyişdirilərək Çaykənd edilib, buna baxmayaraq, yerli sakinlər kəndi elə Mahmudlu olaraq adlandırıblar. 90-cı illərdə isə kəndin adı saxtalaşdırılaraq Getişen edilib.

Mahmudlu adı XV-XVII yüzilliklərdə Anadoludan gəlmiş sonradan Qızılbaşlara qoşulmuş Mahmudlu tayfasının adı ilə bağlıdır.

 5,341 baxış sayı

Paylaşın
XƏBƏR GÖNDƏR
Siz də, şahidi olduğunuz və ya əldə etdiyiniz xəbərləri bizə göndərə bilərsiniz.